• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Şakiranın Pikeyə ünvanladığı mahnı “yutub”da rekord qırdı!

Dünya futbolu

18-01-2023, 21:0

Dünyanın ən məşhur cütlüklərindən sayılan Xerar Pike ilə Şakiradan yeni xəbərlər var.

Bilindiyi kimi, kolumbiyalı müğənni ilə “Barselona”nın sabiq müdafiəçisinin 2010-cu ildə başlayan və 12 il davam edən eşq macərası ötən ilin yayında qalmaqallı şəkildə başa çatmışdı. İki övladı olan cütlük ayrılmış və onların heç biri bu ayrılıq barədə açıqlama verməmişdi. Sonradan məlum olmuşdu ki, Pike dəfələrlə Şakiraya xəyanət edib və ayrılığın səbəbi də məhz budu. Ünlü futbolçunun yeni sevgilisi 23 yaşlı tələbə Klara Çia Martidi. 45 yaşlı Şakira Pikedən olan Milan və Saşa adlı iki oğlunu da götürərək Mayamiyə yollanmışdı. Pike uzun müddət uşaqların onunla yaşamasına çalışsa da, noyabrda məhkəmənin qərarından sonra “ağ bayraq qaldırmalı” oldu. İndi o, uşaqları yalnız Şakiranın icazəsi ilə görə bilir. Bu məsələ tədricən gündəmdən itirdi ki, yanvarın 12-də əsl “bomba” partladı...

“İdman zalında işləmək əvəzinə beyninlə işlə”
Şakira musiqi dünyasında “Bizarrap” kimi tanınan, əsl adı Qonsalo Xulian Konde olan məşhur argentinalı dicey və prodüserin studiyasında yeni bir mahnı yazdıraraq onu “yutub”a yerləşdirdi. “BZRP Music Sessions #53” adlanan mahnı 24 saat ərzində 63 milyon (!!!) baxış toplayaraq “”yutub” tarixinin yeni rekordunu müəyyənləşdirdi. Hazırda baxış sayı 123 milyondan çoxdu və bu rəqəm durmadan artır. Mahnının qeyri-adiliyi isə ondadı ki, Şakira 3 dəqiqə 38 saniyə ərzində Pikenin adını çəkməsə də, faktiki onu və üstəlik onun yeni sevgilisini yıxıb-sürüyür. Mahnı “bağışla, mən artıq başqa təyyarəyə minmişəm. Bura qayıtmayacam, çünki yenidən ümidlərimin puç olmasını istəmirəm” sözləri ilə başlayır və belə davam edir: “Sən özünü çempion kimi göstərirsən. Amma sənə ehtiyacım olanda özünün ən pis versiyasına çevrildin”. Nəqarət hissəsində Şakira belə desək, çox danışmasa da, Klara Çia Martini “iynələməyə” çalışıb: “Mənim kimi dişi canavar, sənin kimi yenilər üçün deyil. Mənim kimi dişi canavar, sənin dişin üçün deyil. Mən artıq sənin səviyyəni ötmüşəm. Ona görə də indi özün kimi bir qızla birlikdəsən”. Əsas “alov” ikinci bənddə başlayır. Şakira Pikenin son dönəmlərdə yaşadığına görə artıq özünü günahkar saymadığına işarə vurur: “Bunu edirəm ki, bunu udasan və yaşayasan. Sənə qayıtmayacam, hətta ağlasan və yalvarsan da. Başa düşdüm ki, sənə yönələn tənqidlər mənim günahım deyil”. Şakira mahnıda Pikeni onu hansı tərzdə atmasına görə də günahlandırır: “Sən məni qonşun olan ananla, qapıda gözləyən jurnalistlərlə və vergi borcları ilə birlikdə qoydun. Düşünürdün ki, məni incidirsən, amma sən məni daha da güclü etdin. Qadınlar ağlamır, qadınlar hesab soruşurlar”. Daha sonra Şakira Pikenin yeni sevgilisinin adına və yaşına da söz atır. Klara Çia Marti 45 yaşlı Şakiradan 2 dəfə balacadı. Bundan başqa, bahalı və ucuz brendlər haqda deyilən sözlər də diqqəti çəkir: “Onun adı yaxşı insanın adıdı. Amma o özü yaxşı insan deyil. Sevgi ilə nifrət arasında nazik bir xətt var. Sənə məni əvəzləyənlə birlikdə uğurlar arzulayıram. Heç bilmirəm, sənə nə olub. Sən elə qəribəsən ki. Mən 2 dənə 22-yə bərabərəm. Sən “Ferrari”ni “Reno Tvinqo”ya dəyişdin, sən “Roleks”i “Kasio”ya dəyişdin. İdman zalında çox işləyirsən. Amma bir balaca beyninlə də işlə”. Musiqi dünyasının və tanınmışların böyük əksəriyyəti Şakiraya dəstək verdi. Hətta Lionel Messinin həyat yoldaşı Antonella Rokutso da.

Pike artıq “Kasio” taxır və “Reno Tvinqo” sürür!
Təbii ki, bu sözlərdən sonra əsas diqqət Pikeyə yönəldi. Onun cavab(lar)ı da özünəməxsusluğu ilə seçildi. Bilindiyi kimi, son dönəmlərdə İspaniyada media liqa turniri tədricən populyarlıq toplayır. Minifutbol üslubunda oynanılan, məşhur simaların qatıldığı və “Krallar Liqası” adı verilən bu layihənin prezidenti məhz Pikedi. Yanvarın 13-də, yəni Şakiranın “bombasından” bir gün sonra Pike “Krallar Liqası”na həsr olunmuş mətbuat konfransına “Kasio” firmasının saatında gəldi! “Barsa”nın sabiq üzvü bununla kifayətlənməyərək “Kasio”nun turnirin yeni sponsorlarından birinə çevrildiyini dedi və qolundakını göstərərək “əla saatdı, insana ömrünün sonuna qədər xidmət edir” dedi. O, jurnalistlərin “nə üçün məhz “Kasio” sualına isə cavab vermədi. Srağagün daha bir maraqlı hadisə yaşandı. Pike hətta Serxio Aquero ilə İker Kasilyas kimi məşhurların da iştirak etdiyi media liqa turnirində oyunlardan birinə baxmağa gəldi. O, məkana “Reno Tvinqo” maşını ilə gəldi! Gözləyək, görək Pike Şakiraya daha necə cavab verəcək...

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

4-06-2022, 15:0

Pike ilə Şakiranın yolları ayrıldı

Dünya futbolu

5-06-2022, 13:0

''Pike həmişə necə böyük arxamın olduğunu deyirdi''

Dünya futbolu

14-06-2022, 19:0

Pike Şakiradan sonra Xaviyə də lazım deyil!

Dünya futbolu

7-11-2022, 17:0

Pike karyerasını "Barselona"da 5-ci olaraq başa vurdu

Aktual
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Son xəbərlər
  • Dünən, 23:51
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • Dünən, 23:14
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 22:44
    FİFA-nın reytinq siyahısında lider oldu
  • Dünən, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Dünən, 21:44
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Dünən, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Dünən, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Dünən, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Dünən, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Dünən, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 16:32
    Mahir start heyətində!
  • Dünən, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Dünən, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Dünən, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Dünən, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Dünən, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Dünən, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Dünən, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Dünən, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 11:33
    Qarsiyaya xələf olacaq
  • Dünən, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Dünən, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Dünən, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Dünən, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • 25-07-2026, 23:0
    İngiltərə klubunda yeni oyunçu
  • 25-07-2026, 22:0
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • 25-07-2026, 22:0
    London klubunda yeni oyunçu
Daha çox
Oxunub: 211
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 102
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 99
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 88
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Oxunub: 83
“Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə