MHL klubları azad agent bazarının ilk günündə 153 oyunçu ilə müqavilə bağlayıb. “CapFriendly”nin xəbərinə inansaq, klublar ümumilikdə 919 milyon dollar xərcləyib. İen Koul və Vladislav Namestnikov ilə müqavilə bağlayan, həmçinin Mixail Serqaçev (68 milyon dollar), Entoni Çirelli (50 milyon) və Erik Çernak (41,6 milyon) ilə müqavilə müddətini uzadan “Tampa-Bey” başqalarından seçilib. “Kolambus”a keçən forvard Conni Qodronun müqaviləsi bazarın ilk günündə ən böyük anlaşma oldu. 28 yaşlı amerikalının 68,25 milyon dollar alacağı deyilir. 2-ci yerdə Serqaçev, 3-cü yerdə isə “Sent-Luis”lə yeni müqavilə (65 milyon dollar) bağlayan Robert Tomas qərarlaşıb.