"Boston" 8 illik istəyi

15.12.2022 13:56 248
İdman
Cari mövsümə əla nəticələrlə başlayan “Boston”un hazırda Şərq konfransında turnir cədvəlinin zirvəsində olduğunu nəzərə alsaq, bu komandanın hokkeyçilərinin daha sərfəli müqavilə istəyinə düşməsi anlaşılandı.

Football-plus.az xəbər verir ki, çexiyalı hücumçu David Pastrnyak klubla müqavilə müddətinin uzadılmasıyla bağlı danışıq aparır.

26 yaşlı hokkeyçi 88 milyon dollar dəyərində 8 illik müqavilə bağlamaq istəyir. 2014-cü il draftında seçilən hücumçunun cari mövsümdə 19 qol və 19 məhsuldar ötürmə ilə yadda qaldığını da xatırladaq.