• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Məğlubların bəhanəsi - hakimlik

Premyer-liqa / Manşet

5-03-2023, 14:0

Premyer-liqanın hər turundan sonra hakimliklə bağlı şikayətlər eşidirik.

“Ədalət təmsilçisi filan epizodda ədalətsiz qərar qəbul etdi, bizə qarşı haqsızlıq etdi, niyə VAR-a baxmadı” kimi ifadələr artıq mətbuat konfranslarında adi, şablon sözlər kimi qəbul olunur. Xüsusilə, qış fasiləsindən sonra bu cür şikayətlərin sayı çoxalıb. Bəli, “qara paltarlılar” səhv edirlər, bəzən hansısa komandanın haqqına girib onu xaldan və ya xallardan məhrum edirlər. Bunu etiraf etmək lazımdı. Ancaq hər uğursuzluğu, məğlubiyyəti, xal itkisini də hakimliklə əlaqələndirib cavabdeh şəxslərin sinəsini kənara çəkməyi doğru deyil. Məsələn, Murad Musayev “Turan Tovuz”la matçdan sonra komandasının məğlubiyyətində hakimliyin böyük rol oynadığını bildirdi. Rusiyalı mütəxəssis tarixi vərəqlələdi, gəldiyi gündən Kamal Umudlu ilə “ulduzunun” barışmadığını vurğuladı, ötən mövsüm avrokuboklara yollanmamasının əsas günahkarının Umudlu olduğunu söylədi. Ancaq bir həftə sonra Şamaxıdakı yenilgi göstərdi ki, problem hakimlikdə yox, “bayquşlar”ın özündədi. Komanda yaxaladığı qol epizodlarını boşa verirsə, müdafiədə axmaq səhvlərlə yadda qalırsa, bunda nə referi, nə də başqa birisi günahkardı. Məsuluyyət birbaşa baş məşqçinin özündədi.

Eyni sözləri dünən baş tutan “Səbail” – “Sumqayıt” matçı barədə də demək olar. “ASCO Arena”dakı qarşılaşmadan sonra meydan sahiblərinin çalışdırıcısı Şahin Diniyev hakimliklə bağlı narazılığını ifadə etdi, əvvəlki qarşılaşmalarda üzləşdikləri haqsızlıqları sadaladı. Bu azmış kimi, az qala VAR icad edənin var yoxunu yada saldı. Ancaq nədənsə, məğlubiyyətə görə baş məşqçi nə özünün, nə də futbolçularının məsuliyyət daşıdığını bildirdi. Sanki, 90 dəqiqə “Səbail”in normal hücum qurmamsının, rəqib qapısı önündə təhlükə yarada bilməməsinin günahı baş hakimdə idi. Futbolçu kobudluq edirsə, sürətli əks-hücumun qarşısını yolverilməz hərəkətlə kəsirsə hakim nə etməlidi? Başını sığallayıb “yaxşı vurdun, ancaq növbəti dəfə ayağını sındır” deməlidi... Qələbə qazanmaq istəyən kollektiv heç olmasa iki hissədə bir real qol şansı yarada bildimi? Birinci yarının əvvəlində İlkin Muradovun təxminən 30 metrdən “çərçivə” istiqamətində vurduğu zərbədən başqa “dənizçilər” heç nə ilə yadda qalmadılar. Əslində “Sumqayıt”da heç nə etmədi. Sadəcə, dünən futbol tanrısı “kimyaçılar”ın tərəfində idi. Əsl cavab verilməli, baş sındırmalı məsələ budu. Hakimlikdən şikayət edib, məğlubiyyətə “hakim filaş şey etdi, Var monitoru açılmadı, günəş şərqdən yox, qərbdən çıxdı, butsı futbolçunun ayağını sıxırdı” kimi bəhanələrlə don geyindirməklə sonuncu pillədən qurtulmaq mümkün deyil. Bəli, yenə etiraf edirəm ki, bu gün hakimlik istənilən səviyyədə deyil. Ancaq “Səbail”də qələbə üçün nəsə etdimi? Məşhur lətifədə deyildiyi kimi, sən heç olmasa lotoreya al, sonra bəxtindən şikayət et.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

2-03-2023, 15:0

“Qara paltarlılar” bu dəfə ön plana çıxmadı - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Premyer-liqa / Manşet

10-02-2023, 12:0

Rauf dəqiqələri “yedi”, Əliyarın bəxti gətirdi - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Premyer-liqa

11-02-2023, 19:0

"Hakimin niyə belə qərar qəbul etdiyini deyə bilmərəm" - Murad Musayev

Premyer-liqa / Manşet

23-02-2023, 16:0

VAR-a və fitə hədsiz meyillilik, söz-söhbətə səbəb idarəçilik - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Aktual
Tribunalar "Sabah" üçün dolacaq... - bəs neçə danimarkalı olacaq?
“Qol imkanlarımız kifayət qədər olacaq” - “Sabah” Danimarkadakının davamını oynasın, yoxsa dəyişsin?
"Orhus" Masazırda da favoritdi - lakin "bayquşlar"ın qələbə qazanmaq ehtimalı artıb!
"Sabah" - "Orhus" oyunu üçün bilet tükəndi! - Masazırda iynə atsaz, yerə düşməyəcək...
"Hesabda öndəyiksə, Bakıda bunu məntiqi sonluğa çatdırmalıyıq" - Kostyukdan "Qarabağ" açıqlaması
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Son xəbərlər
  • Bu gün, 16:22
    Tribunalar "Sabah" üçün dolacaq... - bəs neçə danimarkalı olacaq?
  • Bu gün, 16:00
    “Qol imkanlarımız kifayət qədər olacaq” - “Sabah” Danimarkadakının davamını oynasın, yoxsa dəyişsin?
  • Bu gün, 15:29
    "Orhus" Masazırda da favoritdi - lakin "bayquşlar"ın qələbə qazanmaq ehtimalı artıb!
  • Bu gün, 14:58
    Birmingemdən Londona yollandı
  • Bu gün, 14:23
    "Sabah" - "Orhus" oyunu üçün bilet tükəndi! - Masazırda iynə atsaz, yerə düşməyəcək...
  • Bu gün, 13:58
    ''Trabzonspor'' öz yetirməsini BƏƏ təmsilçisinə satdı
  • Bu gün, 13:27
    AFFA-da yeni qaydalar açıqlandı – əvəzetmələrlə bağlı mühüm dəyişiklik
  • Bu gün, 12:56
    "Kəpəz" nigeriyalı yarımmüdafiəçi transfer etdi
  • Bu gün, 12:25
    ''Real''ın yeni transferi Arda Gülər haqda nə dedi?
  • Bu gün, 11:54
    İngiltərədə iş yerini dəyişə bilər
  • Bu gün, 11:23
    "Qurban müəllimin futbol düşüncəsinə tam güvənirəm" - Tahir Gözəl
  • Bu gün, 10:52
    "Hesabda öndəyiksə, Bakıda bunu məntiqi sonluğa çatdırmalıyıq" - Kostyukdan "Qarabağ" açıqlaması
  • Bu gün, 10:31
    "Qəbələ" braziliyalı müdafiəçi aldı
  • Bu gün, 10:00
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 23:57
    "Kəpəz" "Baku Sportinq"in futbolçusunu aldı
  • Dünən, 23:37
    Klopp Salahın Türkiyə ilə bağlı qərarı haqda nələr dedi?
  • Dünən, 23:05
    ''Qalatasaray'' evdə uduzdu
  • Dünən, 22:33
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 22:00
    Ederson iddiaları təkzib etsə də...
  • Dünən, 21:38
    “Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
  • Dünən, 21:00
    Namiq Ələsgərov "Kəpəz"də
  • Dünən, 19:47
    İngiltərədə iş yerini dəyişəcək
  • Dünən, 19:16
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 18:45
    "Sabah azarkeşlərimizin köməyi və dəstəyi ilə mərhələ keçəcəyik" – Valdas Dambrauskas söz verdi
  • Dünən, 18:36
    “Evdəki görüşə səfərdəkindən daha yaxşı hazırlaşmışıq” – İvan Lepinitsa
  • Dünən, 18:00
    Şimali Amerikaya yollandı
  • Dünən, 17:32
    Fransada klubunu dəyişəcək
  • Dünən, 17:00
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Dünən, 16:30
    Boyan Letiç "Araz-Naxçıvan"da
  • Dünən, 16:00
    ''UltrAslan''ın lideri saxlanıldı!
  • Dünən, 15:27
    Doğma klubuna qayıtdı
  • Dünən, 14:58
    Ağadadaş Salyanski "Araz-Naxçıvan"da
  • Dünən, 14:26
    "İmişli"dən ayrılmağımın sadaladığınız səbəblərlə heç bir bağlılığı yoxdu" - gedən xanım
  • Dünən, 13:55
    "İmişli"nin sabiq futbolçusu "Karvan-Yevlax"da
  • Dünən, 13:34
    “Misli” premyer-liqaya sponsorluğunu davam etdirəcək
Daha çox
Oxunub: 278
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 128
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Oxunub: 102
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə