• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

VAR-a və fitə hədsiz meyillilik, söz-söhbətə səbəb idarəçilik - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Premyer-liqa / Manşet

23-02-2023, 16:0

Qış fasiləsindən sonra hakimlik müzakirə mövzusuna çevrilib. Premyer-liqanın 23-cü turu da bu baxımdan istisna olmadı. Qəbələdə Əliyar Ağayevin idarəçiliyi söz-söhbətə səbəb oldusa, Masazırda keçirilən görüşdə meydan sahiblərinin baş məşqçisi Murad Musayev az qala Kamal Umudlu ilə əlbəyaxa davaya çıxacaqdı.

Kəpəz - Şamaxı, RƏŞAD ƏHMƏDOV

Autsayderlərin görüşü prinsipiallıq baxımından heç də liderlərin duelindən geri qalmırdı. Buna baxmayaraq, mingəçevirli ədalət təmsilçisi işinin öğdəsindən gəldi. Nəticəyə təsir edən səhvə yol verməyən Əhmədovun yeganə çatışmazlığı meydan sahiblərinin, demək olar, hər qolundan sonra VAR-a müraciət etməsi idi. Halbuki qolların qaydalar çərçivəsində vurulduğunu adi gözlə də görmək mümükün idi. Belə olan halda formallıq xatirinə VAR-a baxmağın nə mənası var idi? Əhmədovun bu addımı oyunun tempinə təsir edir, azarkeşlərin qol sevincini ürəkdolusu yaşamasına imkan vermirdi.

Qəbələ - Sumqayıt, ƏLİYAR AĞAYEV

Hakim final fitinə qədər oyunun tempini saxlamağa çalışdı. Əliyar Ağayevin yalnız iki qərarı müzakirəyə açıq ola bilər. Həmin epizodlardan biri Ülvi İsgəndərovun fərqlənərək hesabı açmasına qədər təşkil olunan hücum idi. Belə ki, qoldan öncə top uğrunda mübarizədə Rafael Utziq əvvəlcə Səbuhi Abdullazadə ilə toqquşdu, ardınca isə Vurğun Hüseynovun ayağını tapdalayan kimi göründü. Lakin referi VAR-dakı hakimlərlə dəqiqləşdirdikdən sonra qayda pozuntusunun olmadığına əmin oldu və mərkəzi göstərdi. 59-cı dəqiqədə isə "Sumqayıt"ın futbolçuları standart vəziyyətdən fərqlənməklə qol vursalar da, yan xətt hakimi ofsayd qeydə aldı. Baş hakim laysmanın qərarını qüvvədə saxlayaraq, VAR-a belə baxmağa ehtiyac duymadı. Ümumilikdə oyun intizamı qorundu, ciddi qayda pozuntuları olmadı. Ədalət təmsilçisi 6 dəfə rəsmi xəbərdarlığa ehtiyac duydu ki, bunun da 4-ü əsas vaxta əlavə olunan dəqiqələrdə gerçəkləşdi.

Sabah – Turan Tovuz, KAMAL UMUDLU

Bəlkə də Azərbaycana gələndən Murad Musayev ilk dəfə belə əsəbləşmişdi. Rusiyalı mütəxəssisi özündən çıxaran Umudlunun onu texniki zonadan qoması idi. Əslində həmin an “Sabah”ın baş məşqçisi “sarı”nı alıb həmişəki kimi hakimin qərarına görə öz-özünə deyinirdi. Və gözlənilmədən Umudlu ikinci sarı vərəqəni ona göstərməklə sanki ocağın üstünə benzin tökdü. Yaxşı ki, köməkçiləri və futbolçular baş məşqçinin qarşısını kəsdilər. Kim bilir, əsəbi Musayev bəlkə də hakimi vuracaqdı. Bəs onu özündən çıxaran nə idi? Hər nə qədər “Sabah”ın məşqçisini aqressiv hərəkətə görə qınayırıqsa, referinin də səhvlərini qeyd etmək lazımdı. Kamal bəyin ən böyük nöqsanı ilk dəqiqələrdən oyunun “ip”ini əldən verməsi və sərt oyunla kobudluq arasında sərhədi müəyyənləşdirə bilməməsi oldu. Bir epizodda ikili mübarizə zamanı sərt oyuna imkan verməyib fitini səsləndirirdisə, bir neçə dəqiqə sonra oxşar vəziyyətdə oyunu davam etdirirdi. Musayevi də “dəli” edən məhz bu oldu. Ümumiyyətlə, Umudlu sanki meydana dayanmadan fit çalmağa çıxmışdı. Onun bunu tez-tez etməsi matçın sürətini də öldürürdü.

Zirə - Qarabağ, TURAL QURBANOV

İlk dəqiqələr göstərdi ki, matç gərgin keçəcək. Ona görə də Tural Qurbanov tez-tez müdaxilə edirdi. Referi hər xırda toqquşmanı, mübarizə epizodunu qayda pozuntusu sayaraq fit çalırdı. Onun bu hərəkəti "Zirə"nin baş məşqçisi Rəşad Sadıqovu hövsələdən çıxardığından, mütəxəssis 4-cü hakimə etirazını bildirirdi. Hakim ilk yarıda rəsmi xəbərdarlığa ehtiyac duymadı. Lakin ikinci hissədə 5 dəfə əlini cibinə atdı. Amma göstərdiyi sarı vərəqələrin hər biri yerində idi.

Neftçi – Səbail, KAMRANBƏY RƏHİMOV

Görüş, demək olar ki, penalti ilə başladı. Sayefin künc nöqtəsindən ötürməsindən sonra top Elmir Tağıyevin əlinə dəydi. Rəhimov bunu görməsə də, VAR-da əyləşən Cavid Cəlilov penaltinin verilməsinə səbəbkar oldu. Bir sözlə, hakimin səhvi “sığortalandı”. İkinci hissə başlayan kimi verilən penalti qərarı da doğru idi. Emil Balayev Azər Əliyevin qarşısını qaydalar çərçivəsində almamışdı. İlk penalti epizodunu saymasaq, Kamranbəyin oyunu yaxşı idarə etdiyini söyləyə bilərik.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

7-10-2022, 15:0

Heç kim “imtahandan kəsilmədi” - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Premyer-liqa / Manşet

20-10-2022, 13:0

Əliyar Ağayevi Rəvan Həmzəzadə “yandırdı” - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Aktual
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Ferrer avrokuboklarda debüt etməyib, Radina və Kaprali isə ortababdı
"Sabah"ın səfər matçı üçün satılan bilet sayı bilindi - yüzlərlə yer hələ boşdu
“Nyu Seynts” “Sabah”ın gücünə şübhə etdi! – 5:2, 4:1 və ya 3:0 hesablı qələbə arzusu...
“Sabah” cavab oyununun yayınıyla bağlı razılığa gələ bilmir! - tələb 50 min, təklif 9 min avro?
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
Son xəbərlər
  • Bu gün, 15:45
    “Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
  • Bu gün, 15:14
    Ferrer avrokuboklarda debüt etməyib, Radina və Kaprali isə ortababdı
  • Bu gün, 15:00
    “Sabah”, “Zirə” və “Qarabağ” səfərdən vəsiqə ilə qayıda biləcək? - YENİLƏNİR
  • Bu gün, 14:53
    "Sabah"ın səfər matçı üçün satılan bilet sayı bilindi - yüzlərlə yer hələ boşdu
  • Bu gün, 14:22
    Hansı nəhənglər finalın astanasında büdrəyəcək? - DÇ-nin AFİŞASI
  • Bu gün, 13:51
    “Nyu Seynts” “Sabah”ın gücünə şübhə etdi! – 5:2, 4:1 və ya 3:0 hesablı qələbə arzusu...
  • Bu gün, 13:20
    "Vestri" "Qarabağ"la oyundan əvvəl darmadağın oldu
  • Bu gün, 12:25
    PFL Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirdi
  • Bu gün, 11:54
    “Sabah” cavab oyununun yayınıyla bağlı razılığa gələ bilmir! - tələb 50 min, təklif 9 min avro?
  • Bu gün, 11:23
    Millimiz İrlandiya ilə qarşılaşacaq
  • Bu gün, 10:52
    Vernidub çempion olmaq istəyir, bəs "Neftçi"? - YAZI
  • Bu gün, 10:31
    "Hesab edirəm ki, tam hazırıq" - Yuri Vernidub
  • Bu gün, 10:00
    Yusif İmanov "İmişli"də
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
Daha çox
Oxunub: 220
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 202
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 157
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 144
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 137
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə