Ronaldo ən yaxşı seçildi

28.02.2023 23:51 214
Dünya futbolu
“Əl-Nasr”in hücumçusu Kriştiano Ronaldo mükafat qazanıb.

Football-plus.az xəbər verir ki, o, Səudiyyə Ərəbistanı premyer-liqasında fevral ayının ən yaxşı oyunçusu seçilib. Bu barədə çempionatın mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı bu ay Ər-Riyad komandasının heyətində 4 oyun keçirib, 8 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.