Makmillanın yerini Snayder tutdu

3.03.2023 22:51 214
İdman
Qəzetimizin ötən şənbə sayında “Atlanta”nın Neyt Makmillanı baş məşqçi vəzifəsindən qovduğunu, onun səlahiyyətlərini Co Prantinin yerinə yetirdiyini xəbər vermişdik.

Football-plus.az xəbər verir ki, artıq komandanın yeni çalışdırıcısı bəllidi. “Atlanta” rəsmi saytı vasitəsi ilə Kuin Snayderin təyinatını elan edib. 56 yaşlı mütəxəssis 2014-22-ci illər aralığında “Yuta”nın “sükanı arxasında” olub.