Xosef Martines ABŞ-da komandasını dəyişdi

28.01.2023 14:39 251
Dünya futbolu
Xosef Martines 2017-ci ildən formasını daşıdığı “Atlanta Yunayted”i tərk edib.

Football-plus.az xəbər verir ki, venesuelalı hücumçu azad agent kimi “İnter Mayami” ilə anlaşıb.

29 yaşlı futbolçunun yeni klubu ilə imzaladığı müqavilənin müddəti ilin sonunadək nəzərdə tutulub. “Atlanta Yunayted”lə 2018-ci ildə MLS-in çempionu olan Martines bu komandada keçirdiyi 158 oyunda 111 qol vurub və 17 məhsuldar ötürmə edib.