Mirabdulla Abbasov "Neftçi"dən AFFA Apellyasiya Arbitaj Tribunalına şikayət edib.
Hücumçu klubun maaşını tam ödəmədiyini əsas gətirərək quruma müraciət edib. "Səbail"in üzvü indi də "Neftçi"dən İAM-a şikayət etməyi düşünür.
Məsələ ilə bağlı "ağ-qaralar"ın mövqeyini öyrəndik. "Neftçi"nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev mövzu ilə bağlı bunları söylədi:
"Klubumuz Mirabdulla Abbasovun müqaviləsinin xitamı zamanı hansısa qayda pozuntusunun olduğunu düşünmür. Sözləşmə ləğv edildikdən sonra da ictimaiyyətə açıqlama verilib. Mirabdulla əksini düşünürsə, müvafiq orqanlara müraciət etmək hüququna malikdi. Futbolçu artıq belə addım atıb. AFFA Apellyasiya Arbitraj Tribunalı da müqavilənin pozulmasında hansısa qayda pozuntusunun olmadığı ilə bağlı rəsmi məlumat yayıb. Futbolçu bu qərarla da razı deyilsə, başqa qurumlara müraciət etmək hüququna malikdi. Bir daha xatırladım ki, "Neftçi" olaraq futbolçu ilə müqaviləni qarşılıqlı razılıq əsasında pozarkən hansısa qayda pozuntusuna yol verməmişik".
İLKİN SULTANLI