AFFA-nın rəsmi saytı iki gün öncə belə bir informasiyanı ictimaiyyətə təqdim etdi:
"İddiaçı Abbasov Mirabdulla Miryavər oğlunun nümayəndəsi Həsənli Elcan Elman oğlu tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.
Oyunçuların Statusu və Transferi Komitəsi tərəfindən qəbul edilən 09 yanvar 2023-cü il tarixli qərar dəyişdirilmədən qüvvədə saxlanılsın".
Əvvəlcədən qeyd edək ki, məlumat tam deyil. Mirabdulla Abbasov kimdən və nə üçün şikayət edib ki, Apellyasiya Arbitraj Tribunalı onun istəyini təmin etməyib? “Football-plus.az” olaraq məsələ ilə bağlı qurumun katibi Naib Əsədova müraciət etdik. O, suala cavab verilməsi üçün rəsmi məktub vasitəsi ilə müraciət etməli olduğumuzu dilə gətirdi.
Lakin sonradan redaksiyamıza Mirabdullanın məsələsi ilə bağlı yeni məlumat daxil oldu. Sən demə, hücumçu “Neftçi”dən şikayətçi olub. Abbasov flaqmanın ona ödəməli olduğu pulun tam verilmədiyini iddia etsə də, Apellyasiya Arbitraj Tribunalı şikayətini əsassız sayıb.
İLKİN SULTANLI