• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Elnur Çodarov “Sumqayıt”dan dörd ayın maaşını istəyir

Ölkə futbolu / Manşet

15-04-2022, 11:0

“Sumqayit”da Ayxan Abbasovun köməkçisi olmuş Elnur Çodarov “kimyaçılar”dan AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinə təzminatla bağlı şikayət edib.

Adı çəkilən qurum martın 17-də çıxardığı qərarla məşqçinin şikayətini təmin edib. Ancaq bununla barışmayan “gənclik şəhəri” təmsilçisinin rəhbərliyi AFFA-nın Apellyasiya Arbitraj Tribunalına apellyasiya şikayəti ünvanlayıb və qurum “Sumqayıt”ın şikayətini təmin edərək, Oyunçuların Statusu və Transferi Komitəsinin qərarını ləğv edib. Yəni Çodarovun iddiasını əsasız sayıb.

Başverənlərlə bağlı “Futbol+”ə açıqlama verən “kimyaçılar”ın mətbuat katibi Rəşad Məmmədov bunları söylədi:

“Elnur müəllim işdən ayrılandan sonra klub tərəfindən təzminat kimi ona ikiaylıq əməkhaqqı təklif olunmuşdu. Ancaq o bununla razılaşmayaraq, mövsümün sonuna qədər alacağı məvacibi tələb edirdi. Bu üzdən də Oyunçuların Statusu və Transferi Komitəsinə müraciət etmişdi. Bu qurum Elnur müəllimin xeyrinə qərar versə də, klub Apellyasiya Arbitraj Tribunalına apellyasiya verməyi lazım bildi. Və sonda klubun haqlı olduğu ortaya çıxdı. Bütün bunlar qanunauyğun formada qərarda göstərilib”.


Durumla bağlı “fuitbolinfo.az” saytına açıqlama verən Elnur bəy isə bu çəkişmədən geri çəkilməyəcəyini, sona qədər haqqını tələb edəcəyini deyib:

"Sumqayıt”ın müqaviləni üzürsüz səbəbdən birtərəfli şəkildə pozması ilə bağlı AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinə şikayət etmişdim. Komitə məsələni araşdırandan sonra klubun müqaviləyə birtərəfli şəkildə xitam verməklə müqavilə şərtlərini pozduğunu və 4 aylıq əməkhaqqımı ödəməli olduğunu qərara almışdı. Amma “Sumqayıt” bununla bağlı AFFA-nın Apellyasiya Arbitraj Tribunalına müraciət etdi və tribunal komitənin qərarını ləğv etdi. Hələ ki qərar və onun nəyə əsaslandığı haqda rəsmi bildiriş gəlməyib. Yalnız bundan sonra növbəti addımlar haqda danışmaq olar. Amma hüquqi baxımdan sona qədər haqqımı tələb edəcəm. İndi onu deyə bilərəm ki, AFFA-nın Apellyasiya Arbitraj Tribunalı şikayətə baxarkən Əsasnaməsinin 11-ci bəndini kobud şəkildə pozub. Tribunalın 11-ci maddəsində deyilir ki, apellyasiya şikayətini qəbul etdikdən sonra tribunalın katibi bunu cavabdehə bildirir və cavabdehin öz cavabını verməsi üçün apellyasiya şikayətini aldıqdan sonra 10 gün müddət müəyyən edir. Amma mənə hər hansı bildiriş verilməyib və aprelin 1-də elektron məktub göndərərək 8 aprel tarixinə iclas təyin etdiklərini yazıblar. Bu isə həmin iclasın və orda qəbul olunan qərarın keçərsiz olduğunu göstərir”.


Sonda onu da xatırladaq ki, dekabrın 16-da istefaya göndərilən Ayxan Abasov klubla razılaşmaya əsasən təzminatla təmin olunub.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

25-05-2022, 19:0

Elnur Çodarov “Sumqayıt”ı da məhkəməyə verir, AFFA-nı da

Aktual
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
“Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
Son xəbərlər
  • Bu gün, 21:44
    Birmingemdən Londona yollandı
  • Bu gün, 21:12
    Qattuzonun yerini o tutacaq
  • Bu gün, 20:41
    Milli komandanı tərk edəcək
  • Bu gün, 20:00
    “Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
  • Bu gün, 19:41
    Millimiz ilk qrup qələbəsini qazandı - AÇ
  • Bu gün, 19:01
    “Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
  • Bu gün, 18:40
    ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
  • Bu gün, 18:19
    Nunyeslə Salahın yolu bu dəfə İstanbulda kəsişə bilər
  • Bu gün, 17:58
    Milandan Turinə yollana bilər
  • Bu gün, 16:31
    "Neftçi" Yunanıstan klubuna qarşı - ÇL
  • Bu gün, 16:01
    Romadan Milana üz tuta bilər
  • Bu gün, 15:30
    Salahın bir ayağı artıq ''Beşiktaş''dadı!
  • Bu gün, 14:51
    ÇSKA “Qarabağ”la oyun üçün biletləri satışa çıxardı – bizim azarkeşlər üçün sərbəst satış olmayacaq!
  • Bu gün, 14:20
    ''Qalatasaray'' A seriyasının debütantına uduzdu
  • Bu gün, 13:59
    Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
  • Bu gün, 13:28
    Urfan Abbasov "Kəpəz"də
  • Bu gün, 12:57
    Bakıdakı oyun avrokuboklarda TOP-5-də
  • Bu gün, 12:30
    "Qəbələ" "Şəfa" ilə üz-üzə gəlir
  • Bu gün, 11:59
    "Qarabağ"ı Sofiyada dəstəkləmək istəyənlər üçün biletlər satışda
  • Bu gün, 11:28
    Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
  • Bu gün, 11:21
    Bakıda Avropa Cüdo Ümidləri turnirinə start verildi
  • Bu gün, 10:58
    “Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
  • Bu gün, 10:31
    “1–2 il ərzində idmançılarımızdan daha böyük uğurlar gözləmək mümkündü“ - Natiq Bağırov
  • Bu gün, 10:25
    “Belə tədbirlərin keçirilməsi çox vacibdi“ - Rüstəm Orucov
  • Bu gün, 10:00
    Mançesterdən Madridə yollandı
  • Dünən, 23:50
    Salahın başıbəlalı transferi ''Beşiktaş''da qalmaqala və istefaya səbəb oldu!
  • Dünən, 23:19
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • Dünən, 23:00
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • Dünən, 22:40
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • Dünən, 22:15
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:40
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 21:00
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 20:40
    "Şahdağ Qusar"dan növbəti transfer
  • Dünən, 20:19
    Ceyhun Nuriyev "Araz-Naxçıvan"da
  • Dünən, 19:59
    "Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
Daha çox
Oxunub: 206
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 165
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 141
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 120
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 96
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 89
Xalqın yanına getmək niyə çətindi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə