AFFA İcraiyyə Komitəsinin iclasında hansı məsələlər müzakirə olunacaq?

2.03.2023 10:31 285
Ölkə futbolu
AFFA İcraiyyə Komitəsinin növbəti iclasında müzakirə olunacaq məsələlər açıqlanıb.

"Football-plus.az" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yığıncağın gündəliyinə bir sıra vacib məsələlər daxil edilib.

- Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan silsilə tədbirlər

- 2024-2028-ci illər üçün FIFA və UEFA tərəfindən ayrılacaq maliyyə vəsaitinin müxtəlif regionlarda yeni stadionların inşasına ayrılması

- Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçilərinin təsdiqi

- AFFA-nın nəzdində fəaliyyət göstərən müvafiq komitələrin tərkibinin təsdiqi

- Futbol veteranları üçün fərdi təqaüdlər haqqında Əsasnaməsinin təsdiqi

- Yoxlama və Təftiş Komitəsinin hesabatı

- Birinci divizionda çıxış etmək üçün Region Liqasinda 3 illik fəaliyyət tələbi ilə bağlı qərarın müzakirəsi

- Misli premyer-liqası, birinci divizion və kubok oyunlarının internet üzərindən yayımı və oyunların statistik məlumatlarının əldə olunmasının PFL-ə həvalə olunmasının təsdiqi

- Birinci divizion və əvəzedici heyət yarışlarının ayrılmasının müzakirəsi

- 2023/2024 mövsümündən birinci divizionda çıxış edən klublar üçün lisenziyalaşdırmanın tətbiqinin müzakirəsi

- Azərbaycan Futzal Federasiyasının fəaliyyəti ilə bağlı qurum rəhbərliyinin məlumatı

- Digər məsələlər

Qeyd edək ki, İcraiyyə Komitəsinin iclası martın 7-də baş tutacaq.