Oveçkinin qənim olduğu 167 qolkiper

7.01.2023 14:33 233
İdman
Oveçkin yanvarın 4-də “Baffalo” ilə oyunda dubl etməklə qollarının sayını 808-ə, dünən “Kolambus”la oyunda fərqlənməklə 809-a çatdırdı.

Football-plus.az xəbər verir ki, Qretskidən (894) yalnız 85 qol geri qalan rusiyalı ulduz MHL karyerasında artıq 167 qapıçını məyus edib.

Onun zərbəsinin gücünü hiss edən növbəti kiper “Baffalo”dan Ukko-Pekki Luukkonen oldu. MHL tarixində yalnız iki hokkeyçi daha çox qapıçını məyus edib.

Rekord Yaromir Yaqra (178) məxsusdu, 2-ci yerdə isə Patrik Marlo (177) qərarlaşıb. Oveçkinin cari mövsümdə keçirdiyi 41 oyunda 48 (29+19) xal topladığını da xatırladaq.