• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Valensiya “Fənərbaxça”nın tarixinə düşdü, “Beşiktaş”ın qələbəsiz seriyası davam edir - TƏHLİL

Dünya futbolu

1-03-2023, 21:0

Türkiyə çempionatında zəlzələ üzündən yaranmış məcburi fasilə başa çatdı.

Şənbə günü 23-cü turdan təxirə salınan iki oyun keçirildi. Səfərdə “Girəsunspor”u üstələyən “Kayserispor” ardıcıl 3-cü qələbəsini qazandı. Günün digər matçında “Fənərbaxça” enişdə olan “Konyaspor”u qəbul etdi. Təbii ki, matçdan öncə və oyunun gedişində zəlzələdə dünyasını dəyişənlər və bu faciədən zərər görənlər unudulmadı. Jorje Jezuş cəzalı olduğundan komandanı meydana onun köməkçisi Joao de Deuş çıxarmışdı. Əvvəldən sona qədər rəqibindən üstün olan “Fənər” mövsümdəki növbəti parlaq qələbələrindən birini qazandı. Düzdü, qonaqlar 22-ci dəqiqədə Diufun qırmızı vərəqə almasıyla azlıqda qaldılar. Amma meydan sahibləri ona qədər artıq Valensiyanın penaltidən vurduğu qolla hesabı açmışdı. Maraqlıdı ki, bu komandaların ilk dövrədəki oyununda da məhz elə 22-ci dəqiqədə qırmızı vərəqə göstərilmişdi! Amma həmin vaxt meydandan qovulan Valensiya olmuş və “Fənər” rəqibinə minimal hesabla boyun əymişdi. Bu dəfə Valensiya qəhrəmana çevrilərək hələ fasiləyə qədər dublunu rəsmiləşdirdi. Çox çarəsiz təsir bağışlayan “Konyaspor” fasilədən sonra daha 2 top buraxaraq mövsümdəki ən böyükhesablı məğlubiyyətini yaşadı. “Fənərbaxça” lider “Qalatasaray”la xal fərqini 6-ya endirdi.

Aleksander Stanoyeviç isə deyəsən, Türkiyəyə antirekordları yeniləmək üçün gəlib. “Konyaspor” İlhan Palutun əvəzinə baş məşqçi postuna gətirilən bu mütəxəssisin başçılığı altında 4-cü superliqa oyunundan da məğlub ayrıldı (top fərqi – 0:8)! Belə durumda olan komandanı seçən Mahir Emrelini irəlidə nələrin gözlədiyi də maraqlı məqamdı.

Bazar günü daha iki görüş baş tutdu. “Adana Dəmirspor” aşkar autsayder “Ümraniyəspor”la səfər oyununda favorit statusunu doğrulda bilməyərək son anlarda qələbəni əldən verdi. 14-cü turdan təxirə salınan oyunda isə “Beşiktaş” “Antalyaspor”u qəbul etdi. Zəlzələ bölgəsində yaşayan uşaqların İstanbula gətirilərək futbolçularla birlikdə meydana çıxması fanatların alqışına səbəb oldu. Matça rəng qatan məqam isə zəlzələnin başlama saatına uyğun olaraq 4-cü dəqiqə 17-ci saniyədən etibarən yaşandı. Tribunaları dolduran 40 minə yaxın fanat əlindəki şərf, papaq, yumşaq oyuncaqları meydana tərəf atmağa başladı. Bu duyğusal görüntülər Avropa mətbuatında da böyük marağa səbəb oldu. Stadionun işçiləri ilə birlikdə futbolçular da oyuncaqların yığılmasına kömək etdi. Oyuna gəlincə, qonaqların qapıçısı Ataberk Dadakdəniz sürpriz performansı ilə matça damğa vurdu. Superliqada debüt (!) oyununa çıxan 23 yaşlı qapıçı 5 seyv etdi. Ən əsası o, əsas vaxta əlavə olunmuş dəqiqələrdə Cenk Tosunun penaltisini dəf etdi! “Beşiktaş”ın qələbəsiz seriyası 3 oyuna yüksəldi. Komanda bu 3 matçda cəmi 1 qol vurub. Maraqlıdı ki, 4,5 aylıq fasilədən sonra ilk dəfə start heyətində oynamağa hazırlaşan Gezzal isinmə hərəkətləri zamanı yenə zədələnərək 2 həftəliyə sıradan çıxdı. Əlcəzairli bu mövsüm zədə üzündən artıq 19 rəsmi oyunu buraxmalı olub.

Yeri gəlmişkən, onu da bildirək ki, srağagün “Qalatasaray”a qarşı hazırlıq matçında 2:4 hesabıyla uduzan “Alanyaspor”da baş məşqçi Françesko Farioli oyundan sonra futbolçularla vidalaşaraq istefa verib. 33 yaşlı italiyalı mütəxəssis 2021-in dekabrından komandanın başında idi. Alanyalılar onun dönəmində 47 rəsmi oyundan 21 qələbə, 10 heç-heçə, 16 məğlubiyyətlə ayrılıb. Fariolini Ərsun Yanal əvəz edib. Təcrübəli mütəxəssislə 2,5 illik müqavilə imzalanıb.

Faktlar
* “Fənərbaxça” bu mövsüm evdə keçirdiyi 12 superliqa matçının 6-da ən azı 4 top vurmağı bacarıb. Komanda bundan daha yaxşı (8) göstərciyə sonuncu dəfə 2000/01 mövsümündə - Mustafa Dənizlinin dönəmində nail olub.
* Valensiya bu mövsüm superliqada meydana çıxdığı 19 qarşılaşmada 22 qol vurub ki, bu da orta hesabla hər oyuna 1,15 qol deməkdi. Hətta “Mançester Siti”li Erlinq Holann da bu göstəricidə Valensiyadan az da olsa, geridədi. Norveçli forvard premyer-liqada 24 oyuna 27 top vurub ki, bu da hər oyuna 1,12 qol deməkdi.
* Valensiya bu mövsüm 7-ci dəfə bir oyunda ən azı 2 top vurdu. Avropanın milli çempionatlarında yenə də yalnız Holann eynilə bu cür göstərici ilə öyünə bilər.
* Valensiya bu mövsüm 3-cü dəfə ardıcıl 3 oyunluq qol seriyası yaxaladı və superliqada son 3 mövsümdə bunu bacaran ilk futbolçu oldu.
* Valensiyada “Fənərbaxça”da 99-cu rəsmi oyunda vurduğu qolların sayını 51-ə çatdırdı. O, Fernandaonu (104 oyuna 50 qol) geridə qoyaraq klub tarixinin ən məhsuldar oyunçuları siyahısında ilk “10-luğ”a daxil oldu.
* Valensiya “Fənərbaxça”nın tarixində 23 turdan sonra 22 qol həddinə çatan ilk futbolçudu! Əvvəlki rekord 1992/93-də 23 tura 21 qol vuran Tanju Çolaka məxsus idi.
* “Beşiktaş” Şenol Günəşin 2-ci dönəmində evdəki 5-ci superliqa matçında ilk dəfə xal itirdi.
* “Antalyaspor” superliqa çərçivəsində “Beşiktaş”a qarşı ardıcıl 5-ci səfər oyununda uduzmadı (2 qələbə, 3 heç-heçə) və turnirin tarixində “Fənərbaxça”, “Qalatasaray”, “Sivasspor”, “Trabzonspor”dan sonra belə seriya yaxalayan 5-ci klub oldu.
* Cenk Tosun superliqada ilk dəfə penaltini boşa verdi. Təcrübəli forvard buna qədər bu turnirdə yerinə yetirdiyi 12 penaltinin hamısını qola çevirmişdi.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

26-02-2023, 20:0

Valensiya adını ''Fənərbaxça''nın tarixinə yazdırdı

Dünya futbolu

30-08-2022, 10:0

''Konyaspor''un müdafiəsi ''Fənər''in hücumuna qalib gəldi - VİDEO

Dünya futbolu

16-08-2022, 11:0

"Fənərbaxça"nın gənc futbolçusundan rekord

Dünya futbolu

17-09-2022, 12:0

''Konyaspor''un seriyası bitdi, ''Qalatasaray'' 58 tur sora lider oldu

Dünya futbolu

11-07-2022, 18:0

Acunun komandası ''Fənərbaxça'' ilə bacarmadı

Aktual
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
Son xəbərlər
  • Dünən, 23:58
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • Dünən, 23:26
    A seriyasında istefa
  • Dünən, 22:56
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 22:35
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • Dünən, 22:14
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 21:43
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • Dünən, 21:12
    Yunanıstan karyerası 7 ay çəkdi
  • Dünən, 20:41
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • Dünən, 20:10
    Madridi tərk edəcək
  • Dünən, 19:40
    Romadan Berqamoya üz tutacaq
  • Dünən, 19:09
    İspaniya klubunda istefa
  • Dünən, 18:31
    UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar
  • Dünən, 18:00
    Milli komandada yeni müqavilə
  • Dünən, 17:30
    AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
  • Dünən, 16:44
    Premyer-liqada hamını arxada qoydu
  • Dünən, 16:03
    "Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
  • Dünən, 15:32
    Bütün həmkarlarını arxada qoydu
  • Dünən, 15:01
    Karyerasını başa vurdu
  • Dünən, 14:30
    “Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
  • Dünən, 13:59
    Milli komandada yeni anlaşma
  • Dünən, 13:28
    U-20 millimizin rəqibi müəyyənləşdi
  • Dünən, 12:57
    İtaliya paytaxtını tərk etmədi
  • Dünən, 12:26
    Millimiz Serbiya ilə üz-üzə - AÇ
  • Dünən, 11:55
    ''Monako'' yenə məşqçisinə görə cərimə ödəməli olacaq
  • Dünən, 11:34
    Azərbaycan – Macarıstan matçının hakimləri
  • Dünən, 11:13
    Koxalski ilə Zubir ÇL-nin ən yaxşıları arasında
  • Dünən, 10:52
    “Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
  • Dünən, 10:31
    Levandovski İstanbul nəhənginə gəlir? - Həyat yoldaşı da təsdiqlədi
  • Dünən, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
  • 2-06-2026, 23:0
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • 2-06-2026, 23:0
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • 2-06-2026, 22:0
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • 2-06-2026, 22:0
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • 2-06-2026, 21:0
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • 2-06-2026, 21:0
    Burak Yılmaz Fransaya yollanır?
Daha çox
Oxunub: 407
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 209
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 200
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 188
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə