• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Sülh” ağdamlıların işinə yaradı – TURUN ŞƏRHİ

Premyer-liqa

1-03-2023, 12:0

Ötən həftə start götürən 24-cü tur dünən başa çatdı. Sürpriz nəticələrin qeydə alındığı 24-cü oyun həftəsində azarkeşlər bir-birindən maraqlı oyunlar izlədi.

Turun ilk hakim fiti Tovuzda səsləndi. “Turan Tovuz” son 4 oyunda qələbəyə həsrət qalan “Zirə”ni qonaq edirdi. “Qartallar”dan fərqli “boz qurdlar” bu oyuna daha yaxşı əhval-ruhiyyədə hazırlaşmışdı. Ancaq Bakıətrafı qəsəbə təmsilçisi ilə görüşdə tovuzlular üçoyunluq qələbə seriyasını davam etdirə bilmədi. Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv ilk yarıda vurduğu iki qolla matçın taleyini həll edə bildi.

Cümə günü keçirilən ikinci qarşılaşma “ASCO Arena”da baş tutdu. Ötən tur hesabına 3 xal yazdıran “Qəbələ” “Səbail”in qonağı idi. Qonaqlar ilk yarıda Qustavo de Fransanın avtoqolu ilə hesabda önə çıxsalar da, qış fasiləsindən sonra “doğma divarlar” arasında keçirdiyi iki oyundan 3 xalla ayrılan “dənizçilər” bu dəfə də meydanı məğlub olmadan tərk etdi. 4 qol vurulmasına baxmayaraq, qalibi müəyyənləşdirmək mümkün olmadı.
Turun ən böyük sürprizi Şamaxıda qeydə alındı desək, yanılmarıq. Bölgənin eyniadlı təmsilçisi AFFA prezidenti Rövnəq Abdullayevin də canlı izlədiyi qarşılaşmada özündən qat-qat imkanlı, daha usta futbolçulara malik “Sabah”ı məyus edə bildi. Cavid Hüseynov – Vüqar Əsgərli tandeminin çalışdırdığı “şirlər” Amil Yunanovun dublu sayəsində “bayquşlar”ı evə əliboş yola saldı. Mövsümdə 3-cü dəfə məyus olan “Sabah” isə, görünür, “Turan Tovuz”a məğlubiyyətin stressini hələ də üstündən ata bilmir. Cəzalı olduğuna görə oyunu tribunadan izləmək məcburiyyətində qalan Murad Musayevin komandasının enişdə olduğu göz önündədi. Tovuzlularla oyunda olduğu kimi, “Şamaxı” ilə matçda da “tələbələr” hücumda “dişsiz” görünürdü. Müdafiədə Abdulaye Banın və Boyan Letiçin olmaması da sözünü dedi. Ardıcıl ikinci matçda da meydanı məğlub tərk edən “Sabah” bu gedişlə, çətin ki, çempionluq iddiasını davam etdirə bilsin.

Mövsümün ikinci yarısında qeyri-sabit çıxışla yadda qalan “Sumqayıt” da hesabat turunu xalsız başa vuranlar arasındadı. “Kəpəz”i qonaq edən “kimyaçılar” sanki “doğma divarlar” arasında yox, səfərdə oynayırdı. Əvəzində qonaqlar Sumqayıtda özünü Gəncədə oynayırmış kimi apardı. Meydan sahiblərini xaldan edən, heç şübhəsiz, Aydın Bayramov oldu. Düzdü, onun komanda yoldaşlarının da oyunu alınmadı. Samir Abasovun təbirincə desək, futbolçular meydanda ürəklərini qoymadılar. Ancaq qokiperin iki kobud səhvi həlledici oldu və böyük ölçüdə qarşılaşmanın taleyini həll etdi.

Turun mərkəzi oyunu dünən axşam saatlarında, sıx dumanın müşayiəti ilə “Azərsun Arena”da keçirildi. Cari mövsümdə sayca 3-cü Azərbaycan derbisində “Qarabağ” qalib gələcəyi təqdirdə “Sabah”la xal fərqini artıracaq, çempionluq yolunda ciddi addim atacaqdı. “Neftçi” isə 3 xal əldə edəcəyi halda ikinci pillədəki “tələbələr”lə xal fərqini 2-yə endirəcəkdi. Onu da qeyd edək ki, bu komandalar arasında birinci və ikinci dövrədə baş tutan oyunlardan “köhlən atlar” qalib ayrılmışdı. Dünən keçirilən qarşılaşma “ağ-qaralar” üçün yaxşı başladı. İlk yarıda qonaqlar hesabda önə çıxsa da, fasilədən sonra “köhlən atlar” sürəti artırınca Laurentsiu Regekampfın komandası müdafiəyə oturdu. Ancaq bu da bəhrəsini vermədi. Meydan sahibləri avtoqol sayəsində hesabı bərabərləşdirməyi bacardı. Yeri gəlmişkən, ötən tur “Zirə” ilə görüşdə də ağdamlılar məhz son dəqiqələrdə qeydə alınan avtoqol sayəsində hesabına 3 xal yazmışdı. Beləliklə, Azərbaycan derbisi “sülh”lə başa çatdı ki, bu da bakılılardan çox ağdamlıların işinə yaradı. 24-cü tur bombardirlər yarışına da təsir göstərmədi. Premyer-liqanın ən sərrast futbolçuları adlarını tabloya yazdıra bilmədilər.

Misli premyer-liqası
3-cü dövrə, 24-cür tur


24 fevral
Turan Tovuz – Zirə 0:2
Səbail – Qəbələ 2:2

25 fevral
Şamaxı – Sabah 2:1
Sumqayıt – Kəpəz 1:2

27 fevral
Qarabağ – Neftçi 1:1

1. Qarabağ 24 19 5 0 58-14 62
2. Sabah 24 16 5 3 51-18 53
3. Neftçi 24 15 4 5 42-22 49
4. Zirə 24 10 5 9 27-31 35
5. Qəbələ 24 8 8 8 28-28 32
6. Turan Tovuz 24 7 5 12 19-29 26
7. Kəpəz 24 4 8 12 24-44 20
8. Şamaxı 24 4 7 13 21-38 19
9. Sumqayıt 24 4 6 14 16-40 18
10. Səbail 24 4 5 15 19-41 17

Bombardirlər: Musa Qurbanlı (Qarabağ) – 16, Ramil Şeydayev (Qarabağ) – 15, Coy-Lens Mikels (Sabah) – 12, Emin Mahmudov (Neftçi) – 11, Aleksey Kaşuk (Sabah) – 10.

Növbəti turun oyunları: 3 mart – Zirə - Şamaxı; 4 mart – Səbail – Sumqayıt, Sabah – Kəpəz; 5 mart – Qəbələ - Qarabağ, Neftçi – Turan Tovuz.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

27-12-2022, 13:0

Liderlər fasiləyə itkisiz yollandı - TURUN ŞƏRHİ

Premyer-liqa / Yazarlar

20-09-2022, 22:0

Kiçik fasiləyə fərqli əhval-ruhiyyədə - TƏHLİL

Premyer-liqa / Manşet

30-01-2023, 16:0

Turnir cədvəlində uçurum dərinləşir - TƏHLİL

Premyer-liqa / Manşet

1-11-2022, 13:0

“Turan Tovuz” “avrokubok zonası”na yaxınlaşır - TURUN ŞƏRHİ

Premyer-liqa / Manşet

7-02-2023, 14:0

Autsayder dəyişdi, “Sabah” liderə yaxınlaşdı - TURUN ŞƏRHİ

Premyer-liqa / Manşet

13-09-2022, 12:0

Çempion zirvəyə yüksəldi - TURUN ŞƏRHİ

Aktual
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
Son xəbərlər
  • Dünən, 23:58
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • Dünən, 23:26
    A seriyasında istefa
  • Dünən, 22:56
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 22:35
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • Dünən, 22:14
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 21:43
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • Dünən, 21:12
    Yunanıstan karyerası 7 ay çəkdi
  • Dünən, 20:41
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • Dünən, 20:10
    Madridi tərk edəcək
  • Dünən, 19:40
    Romadan Berqamoya üz tutacaq
  • Dünən, 19:09
    İspaniya klubunda istefa
  • Dünən, 18:31
    UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar
  • Dünən, 18:00
    Milli komandada yeni müqavilə
  • Dünən, 17:30
    AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
  • Dünən, 16:44
    Premyer-liqada hamını arxada qoydu
  • Dünən, 16:03
    "Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
  • Dünən, 15:32
    Bütün həmkarlarını arxada qoydu
  • Dünən, 15:01
    Karyerasını başa vurdu
  • Dünən, 14:30
    “Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
  • Dünən, 13:59
    Milli komandada yeni anlaşma
  • Dünən, 13:28
    U-20 millimizin rəqibi müəyyənləşdi
  • Dünən, 12:57
    İtaliya paytaxtını tərk etmədi
  • Dünən, 12:26
    Millimiz Serbiya ilə üz-üzə - AÇ
  • Dünən, 11:55
    ''Monako'' yenə məşqçisinə görə cərimə ödəməli olacaq
  • Dünən, 11:34
    Azərbaycan – Macarıstan matçının hakimləri
  • Dünən, 11:13
    Koxalski ilə Zubir ÇL-nin ən yaxşıları arasında
  • Dünən, 10:52
    “Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
  • Dünən, 10:31
    Levandovski İstanbul nəhənginə gəlir? - Həyat yoldaşı da təsdiqlədi
  • Dünən, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
  • 2-06-2026, 23:0
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • 2-06-2026, 23:0
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • 2-06-2026, 22:0
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • 2-06-2026, 22:0
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • 2-06-2026, 21:0
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • 2-06-2026, 21:0
    Burak Yılmaz Fransaya yollanır?
Daha çox
Oxunub: 407
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 209
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 200
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 188
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 168
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə