• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Turnir cədvəlində uçurum dərinləşir - TƏHLİL

Premyer-liqa / Manşet

30-01-2023, 16:0

Təxminən biraylıq fasilədən sonra ölkə futboluna könül verənlər premyer-liqa həyəcanı yaşadı.

Football-plus.az xəbər verir ki, dekabrın 25-də fasiləyə yollanan elita təmsilçiləri 2023-cü ildə ilk rəsmi oyunlarını keçirdilər. Adətən, toplanışdan dönən komandaların ilk turlarda “ağır” olduğuna, qarşılaşmaların aşağı tempdə keçdiyinə şahidlik etmişik. Məhz bu səbəbdən oyunlarda məhsuldarlıq da aşağı olur. Ancaq 2023-cü ildə baş tutan ilk turda azarkeşlər bolqollu oyunlar izlədi. Təsadüfi deyil ki, 19-cü oyun həftəsində mövsümün rekordu təkrarlandı. 2-ci və 7-ci turlarda olduğu kimi, bu dəfə də qapılara 18 qol vuruldu ki, bu da ortalama hər oyuna 3,6 qol deməkdi. Daha yüksək məhsuldarlıq son dəfə ötən mövsümün 10-cu turunda qeydə alınıb. 2021-ci il noyabrın 6-7-də keçirilən turun 4 matçında 17 qol vurulub və orta göstərici 4,25-ə bərabər olub.

Turun açılış matçında “Kəpəz” “doğma divarlar” arasında qələbəyə yaxın olsa da, sonda 1 xala sevindi. Tərlan Əhmədovun çalışdırdığı komanda ilk yarını iki top fərqi ilə irəlidə tamamladı. Amma fasilədən sonra ssenari dəyişdi. Toparlanmağı bacaran “qırmızı-qaralar” “status-kvo”nu bərpa eti. Gəncəlilərin 3 xal qazana bilməməsi təcrübəsizliyin adını yazılmalıdısa, qonaqların səfərdən 1 xalla dönməsini ilk yarını boşa verməsiylə əlaqələndirmək lazımdı.
Turun ən çox azarkeş toplayan matçı isə Tovuzda keçirildi. Lider “Qarabağ” “Turan Tovuz”un qonağı oldu. Günəşli, eyni zamanda şaxtalı havada baş tutan oyunda meydan sahiblərinin sürpriz etməsinə bir neçə dəqiqə çatmadı. Ayxan Abbasovun çalışdırdığı komanda adlı-sanli rəqibdən çəkinməyərək sona qədər mübarizə apardı. Əzmkar və istəkli oyuna görə “boz qurdlar”ın ünvanına xoş sözlər söyləmək mümkündü. Ancaq heç kimə baxımlı və parlaq oyuna görə 3 xal vermirlər. Əsas nəticədi ki, “köhlən atlar” ilin ilk qarşılaşmasında bunu, çətinliklə olsa da, əldə edə bildi.

Qış fasiləsində heyətinə yetərincə əl gəzdirən “Sumqayıt”ın “Zirə” ilə görüşdə necə təsir bağışlayacağı maraqla gözlənilirdi. Bəlkə də mövsümün ilk yarısı ilə müqayisədə “kimyaçılar”ın oyun planında dəyişiklik var idi. Komanda daha məzmunlu oyun nümayiş etdirdi. Ancaq meydan sahibləri Samir Abasovu və komandasını evə məyus yola salmağı bacardı. Rəşad Sadıqovun “qartallar”ı hesabda geri düşmələrinə baxmayaraq, xarakter nümayiş etdirərək 90 dəqiqənin tamamında hesabına 3 xal yazdırdı. Gəncədə “Qəbələ”nin heç-heçə etməsi Bakıətrafı qəsəbə təmsilçisinin işinə yaradı. “Sumqayıt” üzərində qələbə sayəsində “qartallar” “qırmızı-qaralar”dan bir qədər də uzaqlaşdı. Artıq “Zirə” ilə bölgə təmsilçisini 5 xal ayırır.

Ötən ilin sonunda, daha dəqiqi, 18-ci turdan sonra Mahmud Qurbanovun əvəzinə baş məşqçi postuna dəvət olunan Şahin Diniyev də, deyəsən, “Səbail”in dərdinə dərman tapa bilməyib. “Dənizçilər” “Şamaxı” ilə qarşılaşmada ilk yarıda hesabı açsa da, 90 dəqiqənin tamamında meydanı məyus tərk etdi. 19 turda 13-cü yenilgisini alan komandanın sonuncu pillədə “lövbər salması” heç də təəccüblü görünməməlidi.

Turun maraqla gözlənilən matçı Masazırdakı “Bank Respublika Arena”da baş tutdu. İkinci yerdə qərarlaşan “Sabah” özündən bir pillə aşağıda olan “Neftçi”ni qonaq edirdi. Bu komandalar arasında keçirilən əvvəlki iki qarşılaşma “bayquşlar”ın qələbəsiylə yekunlaşdığından düşünmək olardı ki, “ağ-qaralar” meydana qisas hissi ilə çıxacaq. Ancaq srağagünkü matç bir daha “Neftçi”nin cari mövsümdə “Sabah”a “əlcək atacaq” gücdə olmadığını göstərdi. Oyun meydan sahiblərinin böyük üstünlüyü şəraitində keçdi ki, bu da hesabda əksini tapdı. Fasilə ərəfəsində “ağ-qaralar” tələbələr”dən 5 xal geri qalırdısa, srağagünkü oyundan sonra fərq 8-ə yüksəldi. Belə məzmunsuz oyunla “Neftçi”nin nəinki “Sabah”ı haqlayacağı, 3-cü pillədəki yerini qoruyacağı da çətin görünür.

19 turdan sonra turnir cədvəlindəki yerlərinə görə komandaları iki hissəyə bölmək olar: birinci və ikinci “beşlik”. Qarşıdakı turlarda ilk “beşlik”də yer alanlar avrokuboklara vəsiqə uğrunda mübarizə aparacaqsa, 6-10-cu pillələrdə qərarlaşanlar elitada yerini qorumağa çalışacaq. Onu da qeyd edək ki, ikinci “beşlik”dəki komandalar arasında xal fərqi o qədər də çox deyil. 10 xalla sonuncu olan “Səbail” 19 turdan sonra 6-cı yerdə qərarlaşan “Turan Tovuz”dan cəmi 7 xal geri qalır.

Bombardirlik yarışında da qızğın mübarizəyə şahidlik edirik. İlk iki pillədə “Qarabağ”ın futbolçuları - Ramil Şeydayevlə Musa Qurbanlı qərarlaşıb. Adı çəkilənlər 2023-cü ilin ilk rəsmi oyununda da fərqləndi.

1. Qarabağ 19 17 2 0 51-10 53
2. Sabah 19 14 4 1 42-13 46
3. Neftçi 19 12 2 5 35-21 38
4. Zirə 19 9 4 6 23-25 31
5. Qəbələ 19 7 5 7 22-20 26
6. Turan Tovuz 19 4 5 10 13-25 17
7. Şamaxı 19 3 7 9 16-29 16
8. Kəpəz 19 2 7 10 18-37 13
9. Sumqayıt 19 2 6 11 11-33 12
10. Səbail 19 2 4 13 14-32 10

Bombardirlər: Ramil Şeydayev (Qarabağ) – 15, Musa Qurbanlı (Qarabağ) – 13, Emin Mahmudov (Neftçi), Coy-Lens Mikels (Sabah) – 10, Aleksey Kaşuk (Sabah) – 9.

RƏŞAD[hide][/hide]
Növbəti turun oyunları: 30 yanvar – Sumqayıt – Turan Tovuz; 31 yanvar – Qarabağ – Şamaxı, Səbail – Kəpəz; 1 fevral – Qəbələ - Sabah, Neftçi – Zirə.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

27-01-2023, 11:0

Mövsüm ərzində 4-cü dəfə

Premyer-liqa

15-08-2022, 11:0

Premyer-liqada 2022-ci ilin rekordu

Premyer-liqa

10-05-2022, 10:0

Azərbaycan premyer-liqasında mövsümün antirekordu

Aktual
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
Son xəbərlər
  • Dünən, 23:58
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • Dünən, 23:26
    A seriyasında istefa
  • Dünən, 22:56
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 22:35
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • Dünən, 22:14
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 21:43
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • Dünən, 21:12
    Yunanıstan karyerası 7 ay çəkdi
  • Dünən, 20:41
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • Dünən, 20:10
    Madridi tərk edəcək
  • Dünən, 19:40
    Romadan Berqamoya üz tutacaq
  • Dünən, 19:09
    İspaniya klubunda istefa
  • Dünən, 18:31
    UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar
  • Dünən, 18:00
    Milli komandada yeni müqavilə
  • Dünən, 17:30
    AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
  • Dünən, 16:44
    Premyer-liqada hamını arxada qoydu
  • Dünən, 16:03
    "Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
  • Dünən, 15:32
    Bütün həmkarlarını arxada qoydu
  • Dünən, 15:01
    Karyerasını başa vurdu
  • Dünən, 14:30
    “Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
  • Dünən, 13:59
    Milli komandada yeni anlaşma
  • Dünən, 13:28
    U-20 millimizin rəqibi müəyyənləşdi
  • Dünən, 12:57
    İtaliya paytaxtını tərk etmədi
  • Dünən, 12:26
    Millimiz Serbiya ilə üz-üzə - AÇ
  • Dünən, 11:55
    ''Monako'' yenə məşqçisinə görə cərimə ödəməli olacaq
  • Dünən, 11:34
    Azərbaycan – Macarıstan matçının hakimləri
  • Dünən, 11:13
    Koxalski ilə Zubir ÇL-nin ən yaxşıları arasında
  • Dünən, 10:52
    “Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
  • Dünən, 10:31
    Levandovski İstanbul nəhənginə gəlir? - Həyat yoldaşı da təsdiqlədi
  • Dünən, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
  • 2-06-2026, 23:0
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • 2-06-2026, 23:0
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • 2-06-2026, 22:0
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • 2-06-2026, 22:0
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • 2-06-2026, 21:0
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • 2-06-2026, 21:0
    Burak Yılmaz Fransaya yollanır?
Daha çox
Oxunub: 407
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 209
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 200
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 188
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 168
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə