• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Çempion zirvəyə yüksəldi - TURUN ŞƏRHİ

Premyer-liqa / Manşet

13-09-2022, 12:0

Premyer-liqanın 6-cı turunun mərkəzi görüşü, təbii ki, “Azərsun Arena”da keçirilən “Qarabağ” – “Sabah” matçı idi. Bəribaşdan qeyd edək ki, stadiondakılar və ekran önündə əyləşənlər çox maraqlı oyun izlədi.

7 qolun vurulduğu oyunda futbol adına hər şey var idi. “Qarabağ” meydana, demək olar, ikinci heyətlə çıxmışdı. Özü də müdafiəçi problemi yaşayan komandada Qara Qarayev özünə yad olan mövqedə çıxış etməliydi. “Tələbələr”də isə zədəli Namik Ələskərovun yoxluğu diqqəti çəkirdi. Davit Volkovu hücumda Emmanuel Apeh əvəzləmişdi. İlk dəqiqələrdən meydan sahibləri daha fəal təsir bağışlayırdı. Qaçırılan iki real qol şansından sonra Musa Qurbanlı komandasını hesabda önə çıxarmağı bacardı. Çox keçmədən qonaqlar “srtus-kvo”nu bərpa etdi. Ancaq Murad Musayevin komandası Abdulaye Ba qovulandan sonra meydanda azlıqda qaldı. Fasilədən sonra Elvin Cəfərquliyevin qolundan sonra çoxları ağdamlıların oyunun taleyini həll etdiyini düşünsə də, qonaqlar əzmkarlıq nümayiş etdirərək nəinki hesabı bərabərləşdirməyi, hətta öz xeyrinə dəyişməyi də bacardı. Ancaq oyunun taleyi son 10 dəqiqədə müəyyənləşdi. Şeydayevin dublu “köhlən atlar”ı premyer-liqanın lideri etdi.

Turun daha bir önəmli matçı Qəbələdə keçirildi. Bölgənin eyniadlı komandası “Neftçi”ni qonaq etdi. İlk yarı “qırmızı-qaralar”ın istədiyi məcrada başa çatsa da, fasilədən sonra “ağ-qaralar” geridönüş edərək çətin səfərdən 3 xalla döndü. Bu yerdə onu da qeyd edək ki, Elmar Baxşıyevin yetirmələri artıq ardıcıl üçüncü oyundu meydanı məyus tərk edir. Özü də bu oyunlarda bölgə təmsilçisi hesabı açan tərəf olub. Ötən mövsüm “Qəbələ” hesabda önə çıxdığı qarşılaşmalarda qələbəni əldən vermirdisə, 2022/23 “futbol ili”ndə əksi yaşanır.

9 ildən sonra baş tutan Qərb derbisində sevinən tərəf “Turan Tovuz” oldu. Həftəiçi yeni baş məşqçisinə qovuşan “Kəpəz” çox çalışsa da, Tərlan Əhmədovu sevindirə bilmədi.

Ötən tur çoxlarını təəccübləndirərək “Sabah”la heç-heçə edən “Səbail” azarkeşlərini növbəti dəfə sevindirə bilmədi. “Dənizçilər”in “Zirə” ilə görüşündə bütün qollar ilk hissədə vuruldu və 90 dəqiqənin sonunda “qartallar” qələbəni bayram etdi. İnsafən, Mahmud Qurbanovun komandası heç də məğlubiyyətə layiq deyildi. Sadəcə, meydan sahibləri xüsusilə ikinci yarıda yaxaladığı fürsətləri dəyərləndirə bilmədi.

“Sumqayıt” – “Şamaxı” görüşündə isə qalib müəyyənləşmədi. Aleksey Baqanın yetirmələri oyuna erkən olla başlasa da, davamını gətirmək mümkün olmadı. Yerli futbolçulardan formalaşan qonaq komanda heyətində 9 legionerin yer aldığı “kimyaçılar”la qollu “sülh”ə razılaşdı ki, bunu onların hesabına yazmaq daha düzgün olar. 6 turdan sonra cəmi bir qol vurub, hesabına 3 xal yazan komandanın “sükan”ının əcnəbi məşqçiyə tapşırılması nə dərəcədə düzgün addımdı? Yəqin “Sumqayıt” rəhbərliyi “Şamaxı” ilə oyundan sonra bu sual ətrafında dərindən fikirləşəcək.

Misli premyer-liqası
1-ci dövrə, 6-cı tur
9 sentyabr
Turan Tovuz – Kəpəz 2:0
10 sentyabr
Səbail – Zirə 1:2
Qəbələ - Neftçi 1:2

11 sentyabr
Sumqayıt – Şamaxı 1:1
Qarabağ – Sabah 4:3
1. Qarabağ 5 5 0 0 14-4 15
2. Neftçi 6 5 0 1 14-6 15
3. Sabah 6 4 1 1 13-6 13
4. Turan Tovuz 5 3 1 1 4-2 10
5. Zirə 6 3 1 2 8-8 10
6. Qəbələ 6 3 0 3 10-7 9
7. Səbail 6 1 2 3 7-8 5
8. Sumqayıt 6 0 3 3 1-9 3
9. Şamaxı 6 0 2 4 3-11 2
10. Kəpəz 6 0 0 6 4-17 0

Bombardirlər: Ramil Şeydayev (Qarabağ) – 6, Coy-Lens Mikels (Sabah) – 4.
Növbəti turun oyunları: 16 sentyabr – Sabah – Turan Tovuz, Səbail – Neftçi; 17 sentyabr – Qəbələ - Sumqayıt; 18 sentyabr - Kəpəz – Şamaxı, Zirə - Qarabağ.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

11-09-2022, 22:0

"Azersun Arena"da 2 qırmızı vərəqə, 7 qol - YENİLƏNİB

Aktual
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Son xəbərlər
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Dünən, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Dünən, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Dünən, 11:54
    Millimiz rekorda imza atdı
  • Dünən, 11:23
    Hamını arxada qoydu
  • Dünən, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Dünən, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Dünən, 10:00
    Lissabondan Madridə üz tutdu
  • 12-07-2026, 23:0
    Klubu ilə yenidən anlaşdı
  • 12-07-2026, 23:0
    Kapitan “gəmini” tərk etməyəcək
  • 12-07-2026, 22:0
    Son çempiondan unikal göstərici
  • 12-07-2026, 22:0
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • 12-07-2026, 22:0
    Dortmundu tərk etməyə yaxındır
  • 12-07-2026, 21:0
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
Daha çox
Oxunub: 215
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 200
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 155
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə