• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Bu formanı daşımaq özü ağırlıqdı"

Premyer-liqa / Manşet

27-02-2023, 22:0

Misli premyer-liqasında 24-cü tura yekun vurulub.

"Qarabağ" "Neftçi"ni qəbul edib - 1:1. Oyundan sonra qonaqların çalışdırıcısı Laurentsiu Regekampfın mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:

"İstəyirdik ki, üç xal qazanaq. Oyuna bu cür hazırlaşmışdıq. Matçdan əvvəl də oyunçularıma demişdim ki, bura qələbə üçün gəlirik. Açıq oyun gedirdi. Hər iki komanda yaxşı çıxış etdi. Şanslarımız var idi, hesab 2:0 ola bilərdi. Lakin yararlana bilmədik. Vicdanla danışaq, "Qarabağ"ın da qol epizodları oldu və dəyərləndirə bilmədilər. Ataa Caberi itirdik. Bizim üçün vacib oyunçu idi. Hesab ədalətli oldu".

- Digər komandalarla oyunlarda da bu cür oyun oynamağa nə mane olur?
- Düşünmürəm ki, digər komandalarla oyunlarda xal itirmişik. Bəlkə də, oyun sizin bəyənmədiyiniz tərzdə gedib. Amma iki yaxşı komanda arasında açıq oyun gedəndə, fanatlar, sizlər üçün yaxşıdı. Digər komandalara qarşı oyun belə açıq getmir. Fərqli rəqiblər çalışırlar arxaya qapansınlar və əks-hücumdan yararlansınlar. Həqiqətən fərqli oyunlardı. Çalışırıq ki, digər komandalara qarşı da belə oynayaq. Ancaq eyni anda xallar da qazanmalıyıq.

- Oyundan sonra meydanın mərkəzində kollektivi yanınıza toplayıb emosional çıxış etdiniz. Nə danışdız?
- Mən onlara dedim ki, bu gün qələbəyə çox yaxın idik. Bugünkü oyunda məqsədimiz qələbə qazanmaq idi. Amma sonda da oyunun hesabı ilə və oyunumuzdan razı qaldıq. Buraxdığımız qol çox asan oldu. "Qarabağ"ın futbolçusuna imkan verməli deyildik ki, kənardan ortaya ötürmə etsin. Kornerə də çıxarmaq olardı. Elə qarşılamalı idik ki, bizim üçün təhlükə yaranmasın. Əvvəl də vurğuladığım kimi, bu proses davam edir, çalışırıq daha yaxşı oynayaq. Çalışıram ki, oyunçularıma başa salım ki, onların oynadığı klub böyük klubdu, böyük ənənəyə malikdi. Bu formanı daşımaq özü ağırlıqdı. Buna ciddi yanaşmasalar, lazımı kimi qəbul etməsən çətin olacaq.

- Keçən matçda da İsmayıl Zülfüqarlını oyuna sonradan daxil edib, əvəzlədiz. Bu gün də, elə oldu...
- Həmin period ağır idi. Saniyələr qazanmalıydıq. Bəzən belə əvəzetmələr olur. İsmayıla qarşı heç bir iradım yoxdu. Ya da digər oyunçuya. Sadəcə olaraq, orada vaxt udaraq oyunçularıma şərait yaratdım ki, müdafiəni qurub meydanda rahatlansınlar. Məni baş məşqçi kimi anlamaq istəsəz, taktiki dəyişiklikdi.

- Gənc oyunçuya psixoloji təsir etməkdən qorxmursuzki?
-Oyunçunu itirmərəm, onlarla mütəmadi olaraq danışıram. Fikir versəz, İsmayıl hər dəfə sonradan da olsa, oyuna daxil olur. Son evdəki oyunumuzda İsmayılın oyunundan narazı qalmışdım. Çalışdım onu həvəsləndirim və nəyi düzgün etməli olduğunu öyrəndim. Bu gün də ona yenidən şans verdim. Sadəcə olaraq bu dəyişiklik komandanı hazırlamaq üçün idi. O da məni başa düşəcək.

- Ataa Caberin zədələnməsindən sonra futbolçular sanki qorxdu. Dərhal da qol buraxdınız. Bunu təsiri ola bilər?
- Vaxtım olmadı ki, siz gördüyünüz kimi görüm. Sözün əsl mənasında oyuna konsentrasiya olmuşdum. Futbolda belə şeylər baş verir. Bizim üçün yaxşı an deyildi. Caberə görə də üzülürəm. Futbolçular peşəkardılar və bilirlər ki, hər an risk baş verə bilər. Bu, bizim həyatımızdı və öyrəşmişik.

- Eddi İsrafilov qayıtdıqdan sonra bu gün fərqli oynadız. Ehtiyatda isə onu əvəzləməyə oyunçu yoxdu. Kimsə zədələnsə, komandanın taleyi necə olacaq?
- Nə edə bilərik? Əlbəttə ki, aparıcı oyunçu zədələndə, komandadan ayrı düşəndə, bunu dərhal görmək olur. Çalışırıq ki, bu oyunçuları mütəmadi olaraq məşqlərdə sıxaq ki, qayıtsınlar. Ümid edirəm ki, Fərid Yusifli də zədədən sonra bərpa olunub komandaya qayıdacaq. İsmayıl, Ömər, Mərtə də imkan yarandıqca, onlara da şans verirəm. Yaxşı məşqlər edirəm. Bir dəfəyə bu qədər çox oyunçu gətirə bilmərik. Addım-addım etməyə çalışırıq. Bunu etmək üçün imkan və büdcə lazımdı. Əlbəttə ki, biz də iki bərabər səviyyəli heyətimizin olmasını istəyərik. Amma buna görə büdcə lazımdı. Kim "Neftçi"də işləyirsə, hamı bu problemlərdən agahdı. Çalışırıq ki, addım-addım komanda üçün faydalı işlər görək.

- "Qarabağ" ikinci hissədə əsas oyunçularını meydana buraxdı və heç-heçəni əldə etdi. "Neftçi"nin əsas heyəti "Sabah" və "Qarabağ"ın əsas heyətinə qarşı mübarizə apara bilmirsə, Konfrans Liqasında nə edəcək?
- Konfrans Liqasına hələ çox var. Haqlısız. "Qarabağ"a baxsaq, onların ehtiyat qüvvədəki oyunçuları da güclüdü. Qeyd etməlisiz ki, hələ dörd zədəli oyunçuları da var. Hansı ki, ehtiyat skamyada deyildilər. Onlar da çox yaxşı oyunçulardılar, böyük təcrübəyə malikdilər. Bu cür oyunlarda özlərini çox yaxşı göstərirlər. Biz də bunun üzərində işləyirik. Bəzi problemləri aradan qaldırmaq üçün bir az vaxt lazımdı. Siz dediyiniz onda baş verə bilər ki, Konfrans Liqasında oynayaq və gəlir əldə edək. Onda daha çox oyunçu cəlb edə bilərik.

- Qışdan sonra "Neftçi"də stabillik var və son 5 oyuna eyni heyətlə çıxır. Oyunun gedişində hücumu gücləndirəcək oyunçu yoxdu. Ehtiyat skamyadan, Yeqor Boqomolski və Vato Arveladzedən nə dərəcədən razısız? Ehtiyat skamyadakı hücum potensialı haqda nə düşünürsüz?
- Yeqordan çox razıyam. Xatırlasaz, hücumçu variantı olmadığı zaman "Zirə" ilə kubok görüşündə Yeqor oynadı və qol vurdu. İndi bizdə Mateus var. Bugünkü oyunda heç də pis təsir bağışlamadı. Oyunu ilə onu dəyişməli olduğumuzu göstərmədi. Yeqor çox yaxşı məşq edir və şans alacaq. Vato da uzun müddət zədəli idi. Demək olar ki, Vato komandada olandan ilk dəfədi ayyarımdı bütün məşqlərdə iştirak edir. O da yavaş-yavaş xeyir verəcək. Sezar Meza Kollidən də razıyam. Amma istədiyi formaya gəlməsi üçün zaman lazımdır. Çox yaxşı məşq edir, 3-4 kq çəki atıb, yaxşı formadadı. Oyundan-oyuna daha çox vaxt əldə edəcək.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

16-10-2022, 17:0

"Bura asan stadion deyil" - Laurentsiu Regekampf

Premyer-liqa / Manşet

26-01-2023, 21:0

Laurentsiu Regekampf: "Bu cür penalti yolverilməzdi"

Premyer-liqa

2-10-2022, 20:0

"6 məğlubiyyətdən sonra komandanı toparlamaq çətindi" - Tərlan Əhmədov

Premyer-liqa / Manşet

10-02-2023, 18:0

Laurentsiu Regekampf: “Bəlkə də, onunla danışacaq səviyyədə deyiləm”

Premyer-liqa

23-10-2022, 21:0

"Bəzi problemləri həll edə bilmişik" - Laurentsiu Regekampf

Premyer-liqa / Manşet

30-01-2023, 22:0

Ayxan Abbasov: "Futbolçularımızda irəliləyiş hiss olunur"

Aktual
"Sabah"dan Mikelsə dodaquçuqladan təklif! - bu dəfə "yox" deyə bilməyəcək
"Ən azı Konfrans Liqasına vəsiqə qazanacağımıza ümid edirdik" - "Kimyaçılar" narazıdı
Demçenko da gedir? - "Araz-Naxçıvan"ın icraçı direktoru cavabladı
Romao “Qarabağ”ı ziyana saldı - “Hər klubda belə halları diqqətdə saxlayan hüquqşünas çalışmalıdı”
“Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
Toral Bayramov “Bursaspor”da!
Son xəbərlər
  • Bu gün, 16:51
    "Sabah" Nicatla yola davam etmədi
  • Bu gün, 16:20
    Pasportu oğurlandı, məşqlərdən kənarda qaldı
  • Bu gün, 15:59
    “Araz-Naxçıvan” Demçenko ilə yolları ayırdı
  • Bu gün, 15:38
    Romadan Berqamoya üz tutacaq
  • Bu gün, 15:16
    Bütün həmkarlarını arxada qoydu
  • Bu gün, 14:55
    Mövsümün ən yaxşı gənc futbolçusu seçildi
  • Bu gün, 14:24
    Qadın millimizin heyəti açıqlandı
  • Bu gün, 13:53
    "Sabah"dan Mikelsə dodaquçuqladan təklif! - bu dəfə "yox" deyə bilməyəcək
  • Bu gün, 13:22
    "Ən azı Konfrans Liqasına vəsiqə qazanacağımıza ümid edirdik" - "Kimyaçılar" narazıdı
  • Bu gün, 12:51
    Usik Həbibi seçdi
  • Bu gün, 12:20
    Acun ''Hall Siti''ni Las Veqasa aparacaq
  • Bu gün, 12:12
    Demçenko da gedir? - "Araz-Naxçıvan"ın icraçı direktoru cavabladı
  • Bu gün, 11:59
    Əfran İsmayılov "Şəfa"da vitse-prezident oldu
  • Bu gün, 11:38
    Murad Məmmədov "Pafos"da! - "Neftçi" elan etdi
  • Bu gün, 11:17
    "Şahdağ Qusar" baş məşqçi və köməkçiləri ilə yolları ayırdı
  • Bu gün, 10:56
    ''Borussiya'' türkiyəli oyunçu ilə rəsmən vidalaşdı
  • Bu gün, 10:25
    "Sumqayıt" Saşa İliçi yola saldı - RƏSMİ
  • Bu gün, 09:54
    Romao “Qarabağ”ı ziyana saldı - “Hər klubda belə halları diqqətdə saxlayan hüquqşünas çalışmalıdı”
  • Dünən, 23:59
    “Əminəm ki, bütün bunlar məni daha güclü etdi” - Sinner necə özünə gəlib?
  • Dünən, 23:08
    “Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
  • Dünən, 22:26
    Mik atasına həsr olunan dəbilqədə çıxış edəcək
  • Dünən, 21:58
    “Formula-1”də 12-ci komanda da olacaq?
  • Dünən, 21:27
    Alkaras daha iki turniri buraxacaq
  • Dünən, 20:58
    "Şamaxı" Rüfətlə vidalaşdı
  • Dünən, 20:28
    Tovuz stadionu UEFA standartlarına uyğunlaşdırılır
  • Dünən, 19:58
    “Oklahoma-Siti” – “San-Antonio” oyununu 12 milyon adam izlədi!
  • Dünən, 19:28
    “Sabah” daha bir liqada çempion oldu
  • Dünən, 18:57
    Macarıstan: 1939-dan bəri ən böyükhesablı qələbə
  • Dünən, 18:27
    “Monreal” 53-cü (!) dəfə konfrans finalına çıxdı
  • Dünən, 17:56
    Yayda premyer-liqada 7 məşqçi ayrılığı yaşanacaq!
  • Dünən, 17:35
    Toral Bayramov “Bursaspor”da!
  • Dünən, 17:13
    İspaniya millisinin baş məşqçisindən “Real” azarkeşlərinə cavab gəldi
  • Dünən, 16:46
    Kanavaro “Sabah”ın oyunçusunu “30-luğ”a saldı, Miller isə...
  • Dünən, 15:43
    Minifutbol üzrə millimizin AÇ üçün heyəti
  • Dünən, 15:14
    Mikels mükafatlandırıldı
Daha çox
Oxunub: 278
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
Oxunub: 246
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Oxunub: 216
Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
Oxunub: 212
“Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
Oxunub: 205
Azər Bağırov “Qəbələ” – “Şamaxı” matçını izləməsinin səbəbini açıqladı! – Qəbələdə nə gəzirmiş?
Oxunub: 199
“Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə