Bu gün Madrid derbisi var

25.02.2023 19:59 235
Dünya futbolu
İspaniya La Liqasında 23-cü turun oyunları davam edir.

Football-plus.az xəbər verir ki, bu gün turun mərkəzi matçı keçiriləcək. "Real" öz meydanında əzəli rəqiblərindən olan "Atletiko"nu qəbul edəcək.

Madrid derbisi Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Qeyd edək ki, "Real" 51 xalla turnir cədvəlində 2-ci, "Atletiko" isə 41 xalla 4-cü pillədə qərarlaşıb. Lider "Barselona"nın 59 xalı var.