Neymarın son durumu müəyyənləşib.
Football-plus.az xəbər verir ki, PSJ-nin futbolçusu Fransa çempionatının 24-cü turunun “Lill” ilə matçında (4:3) zədələnmişdi.
Yerli mənbələrin xəbərinə görə, ilkin müayinədən keçən braziliyalı hücumçunun sağ topuq bağlarının qismən qopduğu müəyyənləşib. Bu isə o deməkdi ki, ulduz futbolçu Çempionlar Liqasının 1/8 finalının “Bavariya” ilə cavab oyununu buraxacaq.
Bu komandalar arasındakı ilk matçda PSJ evdə Almaniya klubuna 0:1 hesabı ilə uduzub. Cavab görüşü martın 8-də keçiriləcək.