Paytaxt klubu üçün növbəti problem

27.09.2026 13:46 81
Dünya futbolu
Premyer-liqada mövsümə zəif başlayan “Tottenhem”in problemləri bitmək bilmir.

"Football-plus.az" xəbər verir ki, müdafiəçi Pedro Porro zədə səbəbindən təxminən bir ay futbol oynaya bilməyəcək. 27 yaşlı ispaniyalı futbolçu İngiltərə premyer-liqasının 5-ci turunun sentyabrın 19-da keçirilən “Aston Villa” ilə matçında (2:3) zədələnib. Start heyətində meydana çıxan Porro 17-ci dəqiqədə oyunu tərk etməli olmuşdu. O, İspaniya yığmasının heyətindən çıxarılıb. Pedronun əvəzinə “Sportinq”in müdafiəçisi İvan Fresneda yığmaya dəvət olunub.

Porronun oktyabrın 10-da səfərdə “Mançester Yunayted”ə qarşı keçiriləcək oyunu da buraxacağı gözlənilir. Onun oktyabrın 19-da “Koventri” ilə ev oyununda iştirakı da sual altındadı.