“Football-plus.az” bunun səbəbini öyrənmək məqsədilə “Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyevə və “Şamaxı”nın baş məşqçisi Azər Bağırova müraciət etdi.
Zaur Xudiyev:
“Düzdü, yoxlama oyunu keçirməyəcəyik. Çünki məşqçilər korpusu belə qərar verib. 8 futbolçumuz müxtəlif milli komandalara dəvət alıb. Məşq prosesi qalan oyunçularla keçiriləcək”.
Azər Bağırov:
“Futbolçularımızdan 2-si əsas yığmaya, 6-sı U-21-ə, 1-i Benin yığmasına dəvət alıb. 1 nəfər də zədəlidi. Düşərgədə 9-10 futbolçu var. Əvvəlcə düşündük ki, əsas komandaya əvəzedici heyətdən futbolçular cəlb edək. Lakin belədə də heç 15 oyunçu düzəlmədi. Sonra qərara aldıq ki, futbolçuların fiziki durumunun yaxşılaşdırılması yönündə fərdi məşqlərə üstünlük vermək daha yaxşıdı”.
Xatırladaq ki, “Şamaxı” 9 xalla 6-cı, “Sumqayıt” 2 xalla 11-ci yerdədi.
KƏNAN BAHADIR





