Ayxan Abbasov Litvanı hansı taktiki sxem və start heyəti ilə uda bilər? - bu dəfə səhvə yer yoxdu!

27.09.2026 14:15 297
Ölkə futbolu / Manşet
Millimiz bu gün Millətlər Liqasının yeni mövsümündə mübarizəyə başlayacaq. Yığma D Liqasında Litvanın qonağı olacaq. Artıq matçın başlayacağı vaxta - 17.00-da cəmi bir neçə saat qalıb. Əlbəttə, hazırda hər kəsin arzusu komandanın Kaunasdan qələbə ilə qayıtmasıdı.

Bəs, hədəfə hansı taktiki sxemlə çatmaq olar?

Bilindiyi kimi, milli Tacikistana qarşı 3-5-2 sistemi ilə oynadı. Təəssüf ki, baş məşqçi Ayxan Abbasov bu seçimlə ciddi səhvə yol verdi. Düzdü, kollektiv bu il martın 27-də Sent Lüsiyaya qarşı matçda da bu taktiki sxemdən yararlanmış və rəqibə 6:1 hesabı ilə qalib gəlmişdi. Ancaq budəfəki sınaq göstərdi ki, həmin sxem etibarlı, təcrübəli müdafiə xətti olan komandalara qarşı yararlı deyil. Çünki yığma bu sxemlə oynamağa alışmayıb. Bunun üçün müəyyən vaxta ehtiyac var və indi yeni macəra üçün gecdi. Odu ki, Ayxan Abbasov komandanı Litvaya qarşı oyunda ənənəvi 3-4-2-1 və ya 3-4-3 taktiki sxemi ilə meydana çıxarmalıdı...

Və böyük ehtimalla start heyəti məhz bu cür olacaq: "çərçivə"də Emil Balayev, müdafiə xəttində Toral Bayramov, Rəhman Daşdəmirov, Tellur Mütəllimov və Bədavi Hüseynov yer alacaq. Yarımmüdafiədə Emin Mahmudov, Aleksey İsayev, Ceyhun Nuriyev və Emil Səfərovu görəcəyik. Hücumda isə Mahir Emreli ilə Musa Qurbanlı top qovacaq. Axı əks halda, Litvaya qarşı oyunda müsbət nəticəyə ümid etmək çətindi.

KƏNAN BAHADIR