İtaliya A seriyasının ən bahalı futbolçusu müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, bu planda ilk yeri “İnter”in hücumçusu Lautaro Martines tutur. “Transfermarkt” portalı 29 yaşlı argentinalının bazar dəyərini 85 milyon avro qiymətləndirib. “Komo”nun yarımmüdafiəçisi Nikolas Pas 80 milyon avro ilə 2-ci, “Yuventus”un hücumçusu Kənan Yıldız isə 75 milyon avro ilə 3-cü yerdədi.
A seriyasının ən bahalı futbolçularının siyahısında ilk “5-liy”ə Alessandro Bastoni (65 milyon avro) ilə Rasmus Höylunn (60 milyon avro) da daxildi.
A seriyasında hamını qabaqlayır
Dünya futbolu





