Pele, Ziko və Rivaldonun sırasına qoşuldu

27.09.2026 14:46 45
Dünya futbolu
Braziliya yığmasında bundan sonra “10” nömrəli formanı geyəcək oyunçu məlum olub.

"Football-plus.az" xəbər verir ki, formaların yenidən nömrələnməsi milli komandanın 2030-cu ildə keçiriləcək dünya çempionatına hazırlıq dövrünün başlanğıcı ilə əlaqədardı. Bundan sonra “10” nömrəli formanı Rafinya daşıyacaq. “Barselona”nın hücumçusu bu yay keçirilən dünya çempionatında “11” nömrə ilə çıxış edib. Turnirdə “10” nömrəli forma artıq beynəlxalq karyerasını başa vuran Neymara məxsus olub.

Qeyd edək ki, Braziliya yığmasında “10” nömrəli formanı əvvəllər Pele, Ziko, Rivaldo və Ronaldinyo kimi böyük futbolçular geyiblər.

Yeni nömrələnmədə Endrik “19”dan “9”a, Estevao isə “20”dən “11”ə keçib. Vinisius Junior “7”, Bruno Gimaraynş isə “8” nömrəni qoruyub.