Konte istisna etmir

21.02.2023 23:51 246
Dünya futbolu
Antonio Konte gələcək karyerası ilə bağlı qısa açıqlama verib.

“Tottenhem”in baş məşqçisi yenidən İtaliya yığmasını çalışdıra biləcəyini dilə gətirib:
“İtaliyanın mənim üçün necə böyük məna daşıdığını çoxları bilir. Vətənim daim mənim qəlbimdədi. Bir gün yenidən İtaliya yığmasının başına keçəcəyimi istisna etmirəm”.


Xatırladaq ki, Konte “skuadra adzurra”nı 2014-16-cı illərdə çalışdırıb.