Antonio Konte yenidən “Yuventus”u çalışdıra bilər.
Football-plus.az xəbər verir ki, İtaliya klubu “Tottenhem”in baş məşqçisini komandaya qaytarmaq istəyir.
Bu xəbəri “La Gazzetta dello Sport” yayıb. Məumatda Turin klubunun rəhbərliyinin baş məşqçi Massimiliano Alleqrinin işindən narazı qaldığı və onun yerinə namizədləri nəzərdən keçirdiyi bildirilib. Kontenin keçmiş klubundan təklif alacağı halda qəbul edəcəyi də vurğulanıb.
Ortaya təbii sual çıxır: Kontenin “Yuventus” rəhbərliyi ilə çox pis olan münasibətlərində nə dəyişib? “Via Gazzetta” nəşrinin yazdığına görə, məşqçinin klubun prezidenti Andrea Anyelli ilə münasibətləri düzəlib. Deyilənə görə, 53 yaşlı mütəxəssis “Tottenhem”lə müddəti 2023-cü ilin yayında başa çatacaq müqaviləni yeniləməyəcək.
Xatırladaq ki, Konte “Yuventus”u 2011-14-cü illərdə çalışdırıb. Komanda onun rəhbərliyi altında ardıcıl 3 dəfə ölkə çempionu olub.