Football-plus.az xəbər verir ki, belələrindən biri də Donovan Mitçelldi. “Klivlend”in hücumameyilli müdafiəçisi “Çikaqo” ilə oyunda 71 xal topladı, 11 məhsuldar ötürmə verdi və 8 ribaund etdi. Mitçell MBA tarixinə bir oyunda 70 və daha atıq xal toplayan 7-ci basketbolçu kimi düşdü. Ona qədər belə nəticə göstərməyi yalnız Uilt Çemberlen, Kobi Brayant, Devid Tompson, Elcin Beylor, Devid Robinson və Devin Buker bacarmışdı.
71 xal toplamaqla həm də “Klivlend”in klub rekordunu yeniləyən - əvvəlki rekord 57 xal toplayan Lebron Ceymslə Kayri İrvinqə məxsus idi – 26 yaşlı basketbolçu sevincini gizlətmədi:
“Nitqim tutulub, belə böyük adamların sırasında olduğuma görə xoşbəxtəm. Liqada ən yaxşı oyunçulardan biri ola biləcəyimə həmişə inanmışam. Mənim üçün vacib olan təkcə bunu bacarmaq yox, həm də necə oyunda bacarmaqdı. Hesabda geriliyi aradan qaldıra və qələbə qazana bildik. Bu ağısızlıqdı”.
Donovanın belə danışmağa haqqı var. İş ondadı ki, “Klivlend” yalnız son çeyrəydə hesabı bərabərləşdirə, overtaymda isə qələbə qazana bildi.


