Basketbol üzrə Avroliqada autsayder mövqeyində qərarlaşan ASVEL-in majoritar sahibi Toni Parker Fransa klubundakı səhm payını satmaq istəyir.
Dördqat MBA çempionu səhmlərini ASVEL-in tərəfdaş şirkətlərindən olan “Smart Good Things”in prezidenti Serj Buenoya satmaq niyyyətindədi. 2014-cü ildə ASVEL-ə yiyələnən 40 yaşlı Parker belə deyib: “Heç yana getmirəm, ASVEL-də qalıram. Hədəfim klubu daha yüksək zirvələrə qaldırmaqdı”.
Bu arada Avroliqanın rəsmi saytında Türkiyədəki zəlzələyə görə təxirə salınan oyunların yeni vaxtı açıqlanıb. Fevralın 9-da keçirilməli olan “Efes” – “Real” oyunu martın 14-nə salınıb. Fevralın 10-da keçirilməli olan “Fənərbaxça” – “Milan” oyunu isə martın 21-də baş tutacaq.