• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

TFF-dən mövsümün bərpası ilə bağlı yeni qərar - TƏHLİL

Dünya futbolu

12-02-2023, 21:0

Bu həftənin əvvəlində qardaş ölkədə yaşanan son illərin ən böyük zəlzələsinin fəsadları davam edir.

Təəssüf ki, dünyasını dəyişənlərin sayı sürətlə artır və artıq 20 mini keçib! Ölkəmiz başda olmaqla dünyanın dörd bir tərəfindən Türkiyəyə müxtəlif cür yardımlar edilir. Biz isə ənənəmizə sadiq qalacaq, futbol mövzusundan kənara çıxmamağa çalışacağıq. Zatən hər sahədə olduğu kimi, futboldan da bir çox acı xəbərlər gəlməkdədi.

“Hatayspor” çəkildi, “Qaziantep” də çəkilmək üzrədi
Ötən sayımızda Türkiyədə futbol turnirlərinin nə vaxt bərpa olunacağına dair yazı dərc etmişdik. Bilindiyi kimi, Türkiyə Futbol Federasiyasının (TFF) qərarı ilə bu həftəsonu oynanılmalı olan bütün qarşılaşmalar növbəti həftəsonuna – fevralın 17-20-nə keçirilmişdi. Yəni faktiki mövsümün qalan hissəsinin təqvimi bir həftə irəli çəkilmişdi. Amma bu qərar futbol ictimaiyyətində birmənalı qarşılanmadı. Çünki həqiqətən də, Hatay və Qaziantep kimi superliqada klubla təmsil olunan şəhərlərdə vəziyyət çox acınacaqlıdı. Orda nəinki bir həftə, heç bir aydan sonra da futbol oynamaq mümkün olmaz. Düzdü, “Hatayspor” və “Qaizantep” TFF-nin bazasına yerləşdirilmişdi. Onların məşqlərini burda keçəcəyi və ev oyunlarını başqa şəhərlərdə oynayacağı güman olunurdu. Amma cəmi bir həftəlik təxirəsalma ilə bağlı iradlar artdığından və ən əsası “Hatayspor” çempionatdan çəkilməsi ilə bağlı TFF-yə rəsmi şəkildə müraciət etdikdən sonra qurum yeni qərar qəbul etmək məcburiyyətində qaldı.

Srağagün TFF ilə Klublar Birliyi arasında mövsümün sonrakı taleyi ilə bağlı iclas keçirildi. Burda önəmli bir qərar qəbul olundu. Bu qərarı federasiya prezidenti Mehmet Büyükekşinin öz dilindən dinləyək: “Bu həftənin oyunlarını növbəti həftəyə keçirmişdik. Amma acımız çox böyükdü. Ona görə də mövsümün qalan hissəsinin startını martın 3-4-nə qədər təxirə salmalı olduq. “Hatayspor” bizə rəsmi məktub göndərərək oynaya bilməyəcəyini söylədi. “Qaziantep”in də eyni addımı atmaq ehtimalı yüksəkdi. Onlar da çəkilsə, mövsümü 17 komanda ilə davam etdirəcəyik. Bu iki klubun haqları qorunacaq. Onların çıxışı dondurulacaq və növbəti mövsümə yenə superliqada başlayacaqlar. “Yeni Malatyaspor” başda olmaqla aşağı liqalarda da çəkilmək istəyən klublar var. İndi qalır yalnız bu komandalarla bağlı olan oyunların aqibətini müəyyənləşdirmək. Ya onların mövsümün əvvəlindən bəri olan xallarını siləcəyik, ya da bundan sonra onlarla oynamalı olan bütün klublara texniki qələbə verəcəyik”.

Büyüyekşinin ardından KB-nin və “Fənərbaxça”nın prezidenti Əli Koç da məsələ ilə bağlı açıqlama verdi: “Öncə qeyd edim ki, zəlzələ zonasına təkcə dörd böyük yox, başqa klublarımız da böyük yardımlar edir. Məsələn, “Konyaspor” oralara artıq 100 konteyner göndərib. Elə vəziyyətdəyik ki, su içməkdən, isti evimizdə oturmaqdan belə xəcalət çəkirik. Əlimizdən gələni etsək də, göründüyü kimi, yetərli deyil. Xarici federasiyalardan və bir çox klubdan yardım məqsədli yoldaşlıq oyunları ilə bağlı təkliflər gəlir. Yerli klublarla da öz aramızda bir turnir keçirə bilərik. Çox güman, 2-3 turu həftəiçinə salmalı olacağıq. Çünki iyunun 10-da İstanbulda Çempionlar Liqasının finalı var və o tarixə qədər hər şey bitməlidi. Üstəlik bəzi oyunçuların müqavilələrinin müddəti mayın 31-də başa çatacaq. “Bein Sports” da üzərinə düşəni etməlidi. Təklif edirəm ki, mövsüm bərpa olunandan sonra ilk 2-3 tur açıq kanallarda göstərilsin və insanlar oyunları izləyə bilsin. Bunların hamısını müzakirə etməliyik. ”Hatayspor”la “Qaziantep”in maddi yükünü isə bundan sonra hamımız daşımalıyıq”.

“Hatayspor”luların başına gələnlər qorxu filmini xatırladır
Bazası tam yerlə yeksan olan “Hatayspor”la 1-ci liqa təmsilçisi “Yeni Malatyaspor” hər cəhətdən çox çətin durumdadı. Ona görə də bu klubların mövsümün qalan hissəsində oynamaq istəməməsini tam anlayışla qarşılamaq lazımdı. “Hatayspor”luların başına gələnləri hətta dəhşət filmlərində belə canlandırmaq çətin olardı. Komandanın mərkəz müdafiəçisi Burak Öksüz həmin gün “Renessans Rezidens”dəki evində anası ilə birlikdə idi. İtkin düşən Kristian Atsu da həmin binada idi. 250 evlik binanın tam çökdüyünü təsəvvür etdikdə adamın tükləri biz-biz olur. Burak Öksüz çökən binadan düz iki saat sonra anası ilə birlikdə çıxaraq ayaqyalın şəkildə yağışın altında qalıbmış. Hansı mərtəbədə yaşadığı bilinməyən portuqaliyalı Ruben Ribeyro isə divarların çatlamağa başladığını gördükdən sonra özünü pəncərədən atıbmış! Klubun fizioterapevtlərindən birinin cəsədinin çıxarıldığını xəbər vermişdik. Klubun bir işçisinin həyat yoldaşını dağıntılar altından çıxarmaq üçün onun əlini kəsməli olublar. Klubun aşpazlarından biri qızı və anasını itirib.
Əsas məsələ isə odu ki, zəlzələnin üstündən 120 saatdan çox vaxt ötsə də, Kristian Atsu ilə idman direktoru Tanər Savut hələ də dağıntılar altındadı. Artıq onların həyatda qalmaq ehtimalı 1 faizdən də azdı. Amma cəsədləri tapılmadığı müddətdə ümid davam edir. Daha öncə önəmli klublarda top qovmuş 31 yaşlı qanalı Atsu yetərincə tanınmış futbolçu olduğuna görə bu hadisə Avropanın idman mətbuatının da diqqət mərkəzindədi. Özü də Atsu zəlzələdən cəmi bir neçə saat öncə “Kasımpaşa” ilə qarşılaşmada 97-ci dəqiqədə cərimə zərbəsindən vurduğu qolla komandasına qələbə qazandırmışdı. Zəlzələnin ikinci günündə dağıntılar altından bir qaradərili şəxs çıxarıldığından onun Atsu olması barədə xəbər yayılmışdı. Amma sonradan həmin şəxsin başqa adam olduğu üzə çıxıb. Atsunun özünə mənəvi ana saydığı kiçik xalası – 71 yaşlı Madam Komfort göz yaşları içində açıqlamalar verib. Futbolçu anasını çox tez itirdiyindən onu məhz xalası böyüdüb. Bu xanım Qana kanallarından birinə bunları deyib: “Kaş ki, mən öləydim, amma o yaşayaydı. Bu, mənim üçün daha yaxşı olardı. Çünki o, bizim hər şeyimizdi və həyatdakı yeganə ümidimizdi. Xəbəri eşitdiyim gündən bəri yata bilmirəm və yalnız dua edirəm”.

Gələn mövsüm neçə komanda ilə oynanılacaq?
TFF prezidenti Mehmet Büyükekşinin də dediyi kimi, çempionatdan çəkilən klubların oyunları ilə bağlı qərar hələ qəbul olunmayıb. Federasiya bu məsələnin üzərində yaxşıca baş sındırmalı olacaq. Ortada görünən iki variant var: ya “Hatayspor”la “Qaziantep”in mövsümün əvvəlindən bəri baş tutan bütün oyunları ləğv edilərək onların rəqiblərinə texniki qələbə veriləcək, ya da yalnız mövsümün qalan hissəsi üçün bu klubların rəqiblərinə texniki qələbə veriləcək. “Beşiktaş” başqanı Ahmet Nur Çəbi dərhal jurnalistlərlə görüşdə birinci variantın tərəfdarı olduğunu açıqlayıb. Bu da təəccüblü sayılmamalıdı. Axı “Beşiktaş” ilk dövrədə Hataydan 1:2 hesablı məğlubiyyət, Qaziantepdən isə 1:1-lik bərabərliklə qayıdıb. Yəni 1-ci varianta üstünlük verilsə, “Beşiktaş”a əlavə 5 xal veriləcək! Ümumiyyətlə, bu halda turnir cədvəlində ciddi dəyişikliklər olacaq. Elə “Trabzonspor” da “Hatayspor”a məğlub olub.

Bu, Türkiyə futbolunda klubun mövsümün gedişində çempionatdan çəkilmək məcburiyyətində qaldığı ilk hal deyil. Əvvəllər də buna bənzər hadisələr olub. Uzağa getməyib ötən mövsüm 2-ci liqada çıxış edən “Kastamonuspor”u xatırlamaq kifayətdi. Kastamonuda yaşanan sel fəlakəti üzündən bu klub turnirdən çəkilmək məcburiyyətində qalmışdı. Federasiya bu qərar anlayışla qarşılamış və komandanın çıxışını dondurmuşdu. Bu mövsüm “Kastamonuspor” yenidən 2-ci liqada oynayır. Amma bu kollektiv mövsüm başlamamış çəkildiyi üçün onunla bağlı qərar vermək asan olmuşdu. Bir klubun mövsümün gedişində çəkilməsinə isə sonuncu dəfə 1988/89 mövsümündə rast gəlinib. Bu hadisə Türkiyə futbolunun ən məşhur və faciəvi olaylarından biridi. 1989-cu il yanvarın 20-də elitada çıxış edən “Samsunspor”lu oyunçuları daşıyan avtobus Malatya səfərinə yollanarkən qəzaya düşmüşdü. Nəticədə baş məşqçi, iki futbolçu və sürücü yerindəcə dünyasını dəyişmişdi. Daha bir oyunçu 6 ay komada qalandan sonra ölmüşdü. Bir futbolçu ayağını itirmiş, bir neçəsi isə ciddi xəsarət almışdı. Həmin vaxt federasiya “Samsunspor”u ürəklərin çempionu elan edərək komandanın çempionatdan çəkilməsini qəbul etmişdi. O vaxt komandanın 18-ci tura qədər keçirdiyi oyunların nəticələri dəyişdirilməmişdi. Yalnız sonrakı oyunlar üçün rəqiblərə texniki qələbə verilmişdi. Gözləyək görək, bu dəfə hansı qərar veriləcək.

Yeri gəlmişkən, iki komandanın çəkilməsi ilə TFF daha bir məqamın üzərində işləməli olacaq. Normal şərtlər altında bu mövsüm elitanı 4 komanda tərk etməliydi. “Aşağıdan” da 3 kollektivin gəlişi ilə növbəti mövsümün 18 komanda ilə oynanılması planlaşdırılırdı. Amma zəlzələ bu planın təxirə salınmasına səbəb olacaq. 2 komandanın çəkilməsindən sonra TFF-nin elitadan düşənlərin sayını 4-dən 3-ə endirəcəyi gözlənilir. Belədə növbəti mövsüm eynilə 2020/21-də olduğu kimi 21 komanda ilə oynanılacaq. Yəni federasiya yenə mərhələli şəkildə hər il komandaların sayını azaldaraq 18 komandalı turnir keçirmək istəsə, buna yalnız 2025/26-da nail olacaq! Amma digər tərəfdən TFF superliqanı 20 komanda ilə davam etdirmək qərarını da verə bilər.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

10-02-2023, 12:0

Zəlzələnin futbola təsiri - TƏHLİL

Dünya futbolu

13-01-2023, 18:0

“Fənərbaxça” ilə oyun ərəfəsində şok istefa

Dünya futbolu

9-02-2023, 22:0

Türkiyədə daha bir klub çıxışını dayandırdı

Dünya futbolu

9-02-2023, 19:0

''Yeni Malatyaspor'' çempionatdan çəkilir

Aktual
Rahid Usubov: "Artıq yeni komanda formalaşdırmışıq"
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
“Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
“Cəbrayıl” hələ satılmayıb
Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
Son xəbərlər
  • Bu gün, 15:32
    Rahid Usubov: "Artıq yeni komanda formalaşdırmışıq"
  • Bu gün, 15:02
    Asim Xudiyev “Braqa”nın oyununa təyinat aldı
  • Bu gün, 14:35
    İngiltərədə iş yerini dəyişdi
  • Bu gün, 14:04
    “Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
  • Bu gün, 13:39
    "Neftçi" iştirak ərizəsini UEFA-ya təqdim etdi
  • Bu gün, 13:20
    “Kəpəz”də baş məşqçinin köməkçiləri müəyyənləşdi
  • Bu gün, 13:01
    Final matçına dövlət başçısı da baxacaq
  • Bu gün, 12:28
    DÇ-2026-da hamını qabaqlayır
  • Bu gün, 12:00
    Əvvəlki klubuna qayıdacaq
  • Bu gün, 11:27
    Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
  • Bu gün, 11:14
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Bu gün, 10:47
    Güləşçimiz Budapeştdə "bürünc" qazandı
  • Bu gün, 10:00
    “İmişli”dən ayrıldı, "Səbail"ə keçdi
  • Dünən, 23:59
    “Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
  • Dünən, 23:30
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 23:11
    Mundialı antirekordçu kimi tərk edib
  • Dünən, 22:40
    "Qarabağ" - ÇSKA matçı üçün biletlər satışa çıxır
  • Dünən, 22:17
    "Sumqayıt"dan "Şamaxı"ya keçdi
  • Dünən, 21:48
    Bir neçə ay futbolsuz qala bilər
  • Dünən, 21:18
    “Cəbrayıl” hələ satılmayıb
  • Dünən, 20:33
    MY-də yeni qapıçı
  • Dünən, 20:00
    DÇ-də 64 komandanın oynayacağı gözlənilir
  • Dünən, 19:29
    Petkoviç postunda qaldı - DÇ-nin ETİMADI
  • Dünən, 19:03
    Mane beynəlxalq karyerasını başa vurdu - DÇ-nin AYRILIĞI
  • Dünən, 18:40
    Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
  • Dünən, 18:09
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 17:38
    "Azərlotereya" şirkəti ilə ilkin danışıqlarımız olub" - Elgiz Abbasov
  • Dünən, 17:25
    “Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
  • Dünən, 17:00
    Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
  • Dünən, 16:35
    Hamıdan yaxşı o oldu
  • Dünən, 16:04
    Baş məşqçi kimi yığmaya qayıtdı - DÇ-nin İSTEFASI
  • Dünən, 15:34
    "Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
  • Dünən, 15:22
    Premyer-liqada yeni mövsümün püşkü atıldı
  • Dünən, 14:36
    Gözlənilən təyinat rəsmən açıqlandı - DÇ-nin TƏYİNATI
  • Dünən, 14:14
    "Sabah" - KuPS matçını polşalı hakim idarə edəcək
Daha çox
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 235
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 155
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə