• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Elçin Məsiyev Suraxanıda yarıtmadı – HAKİMLƏRİN MÜHAKİMƏSİ

Premyer-liqa / Manşet

16-02-2023, 23:0

Premyer-liqada daha bir oyun həftəsini geridə qoyduq.

Hər nə qədər istəməsək də, hər tur olduğu kimi, bu dəfə də yarıtmaz hakimlikdən danışmağa məcburuq. Xüsusilə həftənin mərkəzi qarşılaşmasında, “Qarabağ” – Sabah” matçında Elçin Məsiyevin kobud səhvi xeyli müzakirə olundu.

Qəbələ - Neftçi, FƏRİD HACIYEV
Matç qolsuz başa çatsa da, qonaqların baş məşqçisi Laurentsiu Regekampf baş hakimdən ağızdolusu şikayət etdi. Əslində Hacıyev yaddaqalan, nəticəyə təsir edən səhvə yol vermədi. İstisna kimi “Neftçi”nin qapısına təyin edib, VAR-a baxandan sonra ləğv etdiyi penaltini göstərmək olar. Həmin an Höccətin Rövlana təması olmadığı təkrardan da göründü. Sadəcə, rumuniyalı mütəxəssisin xoşuna gəlməyən Fərid bəyin sonda ona “get, komandana futbol oynat” deməsi olub. Ancaq “Neftçi”nin məşqçisinin səsləndirdiyi “hakim tez-tez fit çalmaqla oyunun tempini öldürdü” fikri ilə razılaşmaq olar.

Turan Tovuz – Kəpəz, CAVİD CƏLİLOV
Adətən, Qərb derbisi qalmaqallar, dava-dalaş, hakim səhvləri ilə yadda qalır. Ancaq bu dəfə idarəçilik, demək olar ki, yüksək səviyyədə idi. Cəlilov 90 dəqiqə oyunun “ip”ini əldən vermədi. Qətiyyətli qərarları ilə hər iki komandanın üzvlərinə meydanda kimin söz sahibi olduğunu göstərdi.

Sumqayıt – Şamaxı, RƏVAN HƏMZƏZADƏ
90 dəqiqə ərzində Rəvan Həmzəzadə matçın axarına xələl gətirəcək qərarlar vermədi. 21-ci dəqiqədə meydan sahiblərinin xeyrinə penalti təyin etsə də, VAR-dan gələn siqnaldan sonra epizodun təkrarına baxdı və qərarını ləğv etdi. Oyunda sürətin, tempin aşağı düşməsinə imkan vermədi. Cəmi 4 dəfə əlini cibinə atdı ki, göstərilən sarı vərəqələrin də biri ilk hissədə qeydə alındı. Ümumiyyətlə, hər iki komandanın oyunçularına bərabər sayda rəsmi xəbərdarlıq etdi.

Qarabağ – Sabah, ELÇİN MƏSİYEV
FİFA referisi bu görüşün öhfəsindən gəlmədi. Hətta deyərdik ki, daha da gərginləşdirdi. Onun qərarları qətiyyən anlaşılan deyildi. Matçın ilk hissəsində Ramil Şeydayevin başla qapıya göndərdiyi top sanki Boyan Letiçin əlinə dəymişdi. Hər halda, kənardan belə göründü. Lakin Məsiyev fərqli fikirdə idi. O, müdafiəçinin sinəsilə topa müdaxilə etdiyini söyləyərək oyunu davam etdirdi. Ən bərbad qərar isə 56-cı dəqiqədəki epizod zamanı verildi. Kristian da Silvanın zərbəsindən sonra top Julio Romaonun əlinə dəysə də, Məsiyev yenə davam işarəsi verdi. O, VAR-a baxsa da, fikrini dəyişməyərək penaltini qeydə almadı. Bu yerdə "Sabah"ın haqqının yeyildiyini söyləyə bilərik. Abdulla Zubirin ayağına cərimə meydançasındakı toxunuşa görə isə “Sabah”ın qapısına penalti təyin edə bilərdi. Amma bunu da etmədi və oyundan sonra haqlı tənqidlərlə üzləşdi. Daha bir incə məqam: Yankoviç oyunboyu hakimdən qərarlarına görə izahat tələb etdi və cəzalanmadı. Halbuki monteneqrolu yarımmüdafiəçi komandanın kapitanı deyil və nədən özünə belə əl qatdığı bilinmədi.

Səbail – Zirə, RAUF CABBAROV
FİFA referisi görüşü ideala yaxın idarə etdi. Verdiyi bütün qərarlarda haqlı idi. O, bütün epizodları yaxından izləyirdi. Sadəcə, görüşün ilk hissəsi maraqsız olduğundan Cabbarovun idarəçiliyi çox ön plana çıxmadı. Məşqçilərin oyundan sonra hakimlik haqda nəsə deməməsi də fikirlərimizi təsdiqləyir. Sadəcə, Cabbarov bəzən meydanda düzgün mövqe seçmirdi. Məhz bu üzdən “dənizçilər”in 84-cü dəqiqədəki perspektivli hücumunun qarşısını aldı.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

18-11-2022, 13:0

Fərid Hacıyev turun mərkəzi oyununun öhdəsindən gəldi - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Premyer-liqa

10-02-2023, 16:0

"Qəbələ"-"Neftçi" matçında qol vurulmadı - YENİLƏNİB

Premyer-liqa / Manşet

10-02-2023, 12:0

Rauf dəqiqələri “yedi”, Əliyarın bəxti gətirdi - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Premyer-liqa

13-10-2022, 14:0

10-cu turun hakim təyinatları bəlli oldu

Premyer-liqa / Manşet

27-10-2022, 15:0

İnqilab Məmmədov əsas söz sahibi olduğunu unutdu - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Aktual
13 yaşlı futbolçunun ölümünün komanda ilə əlaqəsi yoxdu
“Əl-Karaitiyat”ın “Kəpəz”lə oyunu niyə ləğv olundu?
“Bu gün verilən ən doğru qərarlardan biridi” - “APL Fantasy” azarkeş sayına necə təsir edəcək?
“Qarabağ” yoxlama oyunu keçirəcək?
“Dinamo”da kimlər var?
“Sabah” Maludanın mövqeyini onu da gətirdi!
Son xəbərlər
  • Bu gün, 15:41
    Elvin Yunuszadə Türkiyə klubunda - RƏSMİ
  • Bu gün, 15:05
    "İmişli"dən yeni transfer
  • Bu gün, 14:40
    "Karvan-Yevlax"da ayrılıq
  • Bu gün, 14:19
    "Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
  • Bu gün, 13:58
    13 yaşlı futbolçunun ölümünün komanda ilə əlaqəsi yoxdu
  • Bu gün, 13:27
    Romadan Milana üz tuta bilər
  • Bu gün, 12:56
    “Əl-Karaitiyat”ın “Kəpəz”lə oyunu niyə ləğv olundu?
  • Bu gün, 12:35
    “Bu gün verilən ən doğru qərarlardan biridi” - “APL Fantasy” azarkeş sayına necə təsir edəcək?
  • Bu gün, 12:14
    "İmişli" Ronaldo ilə vidalaşdı
  • Bu gün, 11:46
    "Xankəndi"dən növbəti transfer
  • Bu gün, 11:25
    “Zirə”: nə oldu birdən-birə? - nə baş məşqçi səhvlərini etiraf etdi, nə də futbolçular...
  • Bu gün, 11:07
    Qurban Qurbanovun mətbuat konfransı Bakıda olacaq
  • Bu gün, 10:52
    "Neftçi" "Sumqayıt"la oyun üçün hazırlığa başladı
  • Bu gün, 10:30
    Nərimanın Türkiyə klubu ilə müqaviləsinin detalları
  • Bu gün, 10:09
    Nəriman "Ərzurumspor"da çıxış edəcək - RƏSMİ
  • Bu gün, 10:00
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 23:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 23:23
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 22:50
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 22:10
    “Qarabağ” yoxlama oyunu keçirəcək?
  • Dünən, 21:41
    "İmişli" "Sumqayıt"ı darmadağın etdi
  • Dünən, 21:10
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 20:40
    Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Dünən, 20:00
    Ramilin yeni klubu açıqlandı
  • Dünən, 19:31
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:00
    "Turan Tovuz"dan böyükhesablı qələbə
  • Dünən, 18:26
    Birmingemdən Londona yollandı
  • Dünən, 17:55
    "Sumqayıt" hücumçu transfer etdi
  • Dünən, 17:25
    "Zirə" Konate ilə vidalaşdı
  • Dünən, 16:54
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:23
    "Qarabağ"ın potensial rəqibi məlum oldu
  • Dünən, 15:57
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 15:26
    "Sabah" "Orhus"a uduzsa, "Benfika" ilə qarşılaşa bilər
  • Dünən, 15:00
    Millimizin rəqibləri məlum oldu
  • Dünən, 14:41
    “Dinamo”da kimlər var?
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 220
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 178
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 163
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 99
ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə