Əmrə Çolak 24 saat sonra fikrini dəyişdi

16.02.2023 22:30 248
Dünya futbolu
Ötən sayımızda sizi Əmrə Çolakın sürpriz qərarıyla tanış etmişdik.

31 yaşlı yarımmüdafiəçi bazar ertəsi gözlənilmədən “instaqram” hesabından karyerasını bitirdiyini açıqlamışdı. Özü də bu futbolçu qərarından cəmi 24 saat öncə yeni klubu “İntersiti”nin heyətində debüt etmişdi. Çolak İspaniyanın 3-cü divizionunda çıxış edən bu kollektivlə yanvarın 27-də mövsümün sonuna qədər müqavilə imzalamışdı. Bu üzdən onun qərarı çox müəmmalı görünürdü. Üstəlik Çolak bazar ertəsi bir neçə saatdan sonra həmin paylaşımını silmişdi. Təcrübəli oyunçunun vida sözlərindən də hiss olunurdu ki, sadəcə, vətənindəki dəhşətli zəlzələnin psixoloji təsiri altında belə tələsik qərar verib. “Qalatasaray”ın sabiq üzvü karyerasını bitirməsi ilə bağlı etdiyi paylaşımdan 24 saat ötməmiş yeni bir paylaşım etdi:
“Vətənimdəki faciə məni çox narahat edir. Amma “İntersiti” ilə olan bağlılığım davam edir. Sabahdan (dünəndən – red.) etibarən növbəti oyunumuzda qalib gəlmək üçün çalışmalara başlayacam. Birlikdə hədəflərə çatacağıq”.


Beləcə Əmrə Çolak ilə bağlı bu qəribə duruma son qoyuldu.