“Gent” iki futbolçusunu itirdi, ikisi geri döndü

14.02.2023 23:10 332
Konfrans Liqası
"Gent"in futbolçusu Kamil Pyontkovski Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununu buraxacaq.

"Voetbalkrant" nəşri xəbər verir ki, buna 23 yaşlı müdafiəçinin çempionatın 25-ci turunda "Vesterlo" ilə heç-heçə (3:3) etdikləri matçda zədələnməsi səbəb olub. 52-ci dəqiqədə polşalı oyunçunu Yens Petter Hauge əvəzləyib. Daha əvvəl Darko Lemayiçin hər iki matçda iştirak etməyəcəyi dəqiqləşib. Lakin “Gent” üçün xoş xəbər də var. Belə ki, 2 futbolçu zədəsini sağaldıb. Baş məşqçi Heyn Vanhazebruk portuqaliyalı müdafiəçi Nurio Fortuna ilə danimarkalı yarımmüdafiəçi Endryü Hülsagerin meydana çıxmaq ehtimalının olduğunu söyləyib. Mütəxəssis növbəti həftə daha bir neçə oyunçunun sıraya qayıdacağını vurğulayıb.

İLKİN SULTANLI