"Gent" növbəti mərhələdə

21.12.2022 09:22 383
Konfrans Liqası
"Gent" Belçika Kubokunda növbəti matçına çıxıb.

Football-plus.az xəbər verir ki, Heyn Vanhazebrukun rəhbərlik etdiyi kollektiv 1/8 final mərhələsində "Serkl Brügge" ilə qarşılaşıb. Matçda 2:0 hesablı qələbə qazanan "Gent" adını 1/4 finala yazdırıb.

Komandanın qollarını Kuypers və Fofana vurub.

Qeyd edək ki, "Qarabağ" Konfrans Liqasının pley-offunda Belçika təmsilçisinə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.