"Qarabağ"-“Gent” matçının biletləri satışda

10.02.2023 10:51 346
Aktual
UEFA Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” - “Gent” (Belçika) oyunun biletləri bu gün saat 11:00-dan etibarən satışa çıxarılacaq.

Football-plus.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Biletlərin qiyməti müvafiq olaraq 5, 30, 40, 75 və 100 manat təşkil edir.

Satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11:00-dan 20:00-dək);

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan Şopunda (11:00-dan 20:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində bütün biletlər satışa çıxarılıb (11:00-22:00