Qvardiola "Mançester Siti"də qalacaq

7.08.2022 12:00 384
Dünya futbolu
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola klubda qalacaq.

Football-plus.az xəbər verir ki, mütəxəssis mövsümün sonunda başa çatan müqaviləsini uzatmağa hazırdı. O, yeni sözləşmə haqda danışıb: “Mən dəfələrlə demişəm ki, rəhbərlik istəsə, müqaviləni yeniləyəcəm. Burada qalmağa hazıram”.

Qvardiola 2016-cı ildən "Mançester Siti"nin baş məşqçisidi. O, bu müddət ərzində komandanı 351 oyuna çıxarıb. "Şəhərlilər" bu matçların 255-də qalib gəlib.