Qvardiola "PSJ"ni çalışdıra bilər

24.05.2022 10:30 362
Dünya futbolu
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Fransada çalışa bilər.

"Football-plus.az" xəbər verir ki, PSJ klubu ispan mütəxəssisin xidmətində maraqlıdır. Bu barədə "Lequipe" nəşri məlumat yayıb.

İddiaya görə, Paris klubu rəhbərliyi komandanın baş məşqçisi Maurisio Poçettino ilə yollarını ayırıb, bu posta Qvardiolanı gətirmək niyyətindədi.

2016-cı ilin yayından "Mançester Siti"ni çalışdıran ispan mütəxəssisin klubla müqaviləsi 2023-cü ilin yayına qədərdi.