''Mançester Siti''nin baş məşqçisi Xosep Qvardiola ''Mançester Yunayted''in sabiq oyunçuları Patris Evra ilə Dimitar Berbatovun tənqidlərinə maraqlı bir cavab verib.
Xatırladaq ki, ''şəhərlilər'' ÇL-in yarımfinalında ''Real''a uduzduqdan sonra fransalı mütəxəssis ispaniyalı çalışdırıcının güclü xarakterli futbolçularla işləyə bilmədiyini, ona görə də komandada lider oyunçunun olmadığını demişdisə, Berbatov ''Siti''ni zəif mentalitetli kollektiv adlandırmışdı. Qvardiola bunları deyib:
''Berbatov, Evra, Zeedorf kimi sabiq futbolçular, indiki mütəxəssislər… Onların hamısına qarşı oynamışam. Mən ''Barselona''nın başında ÇL-in finalında onları məhv edəndə bu dedikləri sözlərin heç birini onların özündə hiss etməmişdim. ''Real''la oyunda iki gözəl fürsəti əldən verdik və 1 dəqiqəyə 2 qol buraxdıq. Bu, xarakter məsələsi deyil. Premyer-liqanın son 5 turunda inanılmaz xarakterlə 22 qol vurmuşuq''.
Xatırladaq ki, Qvardiolanın çalışdırdığı ''Barselona'' 2009 və 2011-ci illərdə ÇL-in finalında məhz ''Yunayted''i məğlub etmişdi.