Poqba nə vaxt qayıdacaq?

12.02.2023 23:51 213
Dünya futbolu
Pol Poqbanın yaşıl meydana nə vaxt qayıdacağı hələ də bilinmir.

Bu fikri Massimiliano Alleqri səsləndirib. “Yuventus”un baş məşqçisi ötən yay komandaya qayıtsa da, ağır zədəyə görə bir rəsmi oyunda belə iştirak etməyən fransalı yarımmüdafiəçi haqda belə açıqlama verib:
“Poqba hələ də hazır deyil. O, komandanın bir hissəsi ola bilmir. Çox təəssüf, amma reallıq belədi. Pol hələ də zədəlidi və onun nə vaxt qayıdacağını bilmirəm. Poqbanı gözləyirəm”.