Marsyal nə vaxt qayıdacaq?

10.09.2022 19:27 319
Dünya futbolu
Antoni Marsyalın yaşıl meydana nə vaxt qayıdacağı hələ ki məlum deyil.

"Football-plus.az" xəbər verir ki, bu haqda “Mançester Yunayted”i çalışdıran Erik ten Haq açıqlama verib. O, fransalı hücumçunun hazırkı vəziyyətini belə dəyərləndirib: “O, hələ də komandamıza kömək edə bilmir. Zədəsinin bərpası planauyğun gedir. Antoni ümumi qrupda məşqlərə başlamadığı üçün rəsmi oyunda iştirakı hələ ki mümkün deyil”.