• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Turan Tovuz”un Turan boyda sevgisi - KÖŞƏ

Premyer-liqa / Yazarlar

10-02-2023, 19:0

Dünən sosial şəbəkələrdəki səhifələri, xəbər saytlarını qırmızı rəngli köhnə bir “Jiquli”nin fotosu bəzədi.

Baxdıq, təsirləndik. Eyni zamanda da qürur duyduq. Sadə bir azərbaycanlı, canı canımızdan, qanı qanımızdan olan qardaşımız köhnə maşınının yük yerini qutularla, üstünü isə yorğan-döşəklə doldurub, yol alıb harasa tələsik gedir. Özü deməsə də, biz onun hara getdiyini bilirik. Türkiyədəki dəhşətli zəlzələdən zərər çəkən qardaşlarımız üçün yardım toplanan məkana doğru istiqamətlənib. Tələsir ki, əlindən gələn köməyi göstərsin, bu soyuq havada isti evini, doğmalarını itirən insanlara yardım edib mənəvi rahatlıq tapsın.

Son günlər bütün dünya səfərbər olub. Məşhur futbolçu Kriştiano Ronaldodan tutmuş dünya şöhrətli çalışdırıcı Joze Mourinyoya qədər. Təkcə futbol ictimaiyyəti, yaxud da Türkiyə yox, bütün bəşəriyyət çətin sınaq qarşısındadı. Milliyyətindən, dinindən, irqindən asılı olmayaraq, hər kəs insan cəmiyyətinin bu sınaqdan daha az itki, nisbətən yüngül ağrı-acı ilə çıxması üçün çalışır. Kimi maddi yardım göstərir, başqa biri isti paltar toplayır, gücü çatanlar yatacaq, çadır göndərir. Bütün bunlara imkanı çatmayanlar isə zəlzələdən zərər görənlər üçün dua edir. “Qarabağ”ın Konfrans Liqasındakı rəqibi “Gent” də bu sıradadı. Belçika klubunun stadionu Türkiyə bayrağının rənglərinə bürünüb. Amma təkcə mənəvi dəstəklə kifayətlənməyiblər. Klub özü də zəlzələdən zərər çəkənlər üçün yardım kampaniyasına başlayıb, sosial şəbəkələr vasitəsiylə çağırış edərək, dəstək mesajları yayınlayıb.

İki gün sonra “Turan Tovuz” doğma meydanda prinsipial rəqibi “Kəpəz”i qəbul edəcək. Budəfəki qərb derbisi həmişəkilərdən fərqlənəcək. Ağır və eyni zamanda tarixi günlərə təsadüf edən qarşılaşmanın bilet satışından əldə olunacaq gəlirin hamısı Türkiyədə baş verən zəlzələnin qurbanlarına kömək üçün göndəriləcək. Tovuz klubunun bu nəcib təşəbbüsünü ayaqüstə alqışlayıram. Məsələ təkcə tovuzluların Türkiyədəki hadisələrə biganə qalmaması deyil. Biz yaxşı bilirik ki, “Turan Tovuz” özü maddi sıxıntılar içindədi, klubun avtobusu yoxdu. Bir ilə yaxındı kluba avtobus alınması üçün vəsait toplanır. Amma ortaya ciddi məbləğ çıxmayıb. Bu qədər problemin içində tovuzlular qardaş Türkiyənin dərdinə yanır, çalışırlar ki, əllərindən gələn hansısa köməyi onlar da etsinlər. Bəli, elə bu cür də olmalıdı. Türk dünyasının böyük lideri Mustafa Kamal Atatürk hələ 100 il əvvəl “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdi” deyib. Bu gün də belədi. Biz də Türkiyənin sevincinə şərik olduğumuz kimi, kədərinə şərik olmağı da özümüzə mənəvi borc bilirik.
Artıq üçüncü gündü Bakıda türkiyəli qardaşlarımız üçün yardım toplanır. İnsan seli axın-axın yardımtoplama məntəqələrinə yollanır, əllərində olanı isti geyimləri, ərzağı bir an öncə zəlzələ qurbanlarına çatdırmağa çalışır. Heç kim həmin yardım qutularının zəlzələ baş verən ərazilərə nə vaxt çatacağını bilmir. Amma yardım etməyə çalışan insanlar qutuları toplama məntəqələrinə çatdıran kimi özlərində bir mənəvi rahatlıq tapır, ürəkləri sakitlləşir. “Turan Tovuz”un qonşusu və iki gün sonra rəqibi olacaq “Kəpəz”in məşqindən çəkilən bir foto da diqqətimi çəkdi. Futbolçular əllərində böyük bir Türkiyə bayrağı tutub şəkil çəkdiriblər. Klubun sosial şəbəkələrdəki hesablarından paylaşılan fotonun özündə də bir səmimiyyət, qardaşlıq göstərisi vardı. Hiss etmək çətin deyil ki, fotoşəkildə yer alan futbolçular da, onların şəklini şəkən klub əməkdaşı da bu işi sevə-sevə, ürəkdən istəyərək görüblər. Baxdıqca təsirlərnirsən, eyni zamanda da qürur hissi keçirirsən.

Şübhəsiz, bu çətin günlərdə türkiyəli qardaşlarımıza mənəvi dəstək vermək hamımızın borcudu. Eyni zamanda da imkan daxilində maddi dəstək göstərmək, zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün insanlara zəruri ehtiyacları qarşılamaq baxımından əl tutmaq da böyük savabdı. Heç şübhə etmirəm ki, “Turan Tovuz”un atdığı bu nəcib addıma başqa klublar da qoşulacaq, yardım çağırışına səs verənlərin sayı artacaq. Azarkeşlər də bu çağırışa sevə-sevə qoşularlar. Klubların ev oyunlarında müəyyən yardım qutularının qoyulması, həm isti paltar, həm də müəyyən vəsait toplanması mümkündü. Eyni zamanda həm bilet, həm də klub atributlarının satışından gəlir əldə etməklə prosesə qatılmaq olar. İnanıram ki, yaxın günlərdə nəcib çağırışların şahidi olacağıq. Allah həm yardımsevərlərə, həm də yardım gözləyən insanlara kömək olsun!

AMAL

Paylaş:
Digər xəbərlər

1-ci liqa / Manşet

10-12-2022, 14:0

Təcili Tibbi Yardım maşını 1-ci divizionda yenə problem yaratdı

Dünya futbolu

9-02-2023, 19:0

Dəstək kampaniyasında məşhurların formaları hərraca çıxarılır

Maraqlı

9-02-2023, 11:0

“Neftçi” Türkiyəyə yardım göndərdi

Maraqlı

9-02-2023, 16:0

AFFA Türkiyədə zəlzələdən əziyyət çəkənlərə maliyyə vəsaiti göndərdi

Premyer-liqa / Manşet

25-06-2022, 13:0

"Kəpəz"lə "Turan Tovuz" yeni mövsümə kimi bu problemi həll edəcəklər

Aktual
"Montella getməlidi" - İbrahim Uzunca uğursuzluğun səbəblərini dedi
“Kəpəz” azarkeşləri bu şəhərdən olmayan mütəxəssis istəmir? – “Xəmsə”nin rəhbərindən açıqlama
“Əliyar Ağayevi DÇ-2022-də görmək istəyirdilər” - Xaqani Məmmədovdan maraqlı açıqlamalar
İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
“Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
Son xəbərlər
  • Dünən, 23:59
    "Avrokuboklarda iştirak edəcəyimizi əvvəlcədən bilməliydik" - Rəşad Sadıqov
  • Dünən, 23:30
    DÇ-nin təəssüratı - futbol, şou, yoxsa hər ikisi?
  • Dünən, 23:00
    İsmayıl Kartalın birinci köməkçisi bəlli oldu - Tadiç də gəlir?
  • Dünən, 22:30
    Türkiyənin heyətində xoş sözlərə layiq görülən yeganə futbolçu...
  • Dünən, 22:25
    "Yenə əsas mərhələdə iştirak etmək istəyirik" - Qurban Qurbanov
  • Dünən, 22:10
    "Montella getməlidi" - İbrahim Uzunca uğursuzluğun səbəblərini dedi
  • Dünən, 22:00
    Premyer-liqanın təqvimi açıqlandı
  • Dünən, 21:00
    "Qarabağ" "Zirə"ni məğlub etdi
  • Dünən, 20:30
    "Neftçi" Elvinlə yeni müqavilə imzaladı
  • Dünən, 20:02
    İtaliya klubunu tərk etdi
  • Dünən, 19:31
    Acun Ilıcalı ''Beşiktaş''ın qapıçısına təklif göndərdi
  • Dünən, 19:00
    "Zirə" legioner qapıçı transfer etdi
  • Dünən, 18:32
    Parisi tərk edəcək
  • Dünən, 18:01
    “Kəpəz” azarkeşləri bu şəhərdən olmayan mütəxəssis istəmir? – “Xəmsə”nin rəhbərindən açıqlama
  • Dünən, 17:32
    Dünya çempionu yaşıl meydana qayıdır
  • Dünən, 17:01
    Məşhur futbolçu klubsuz qaldı
  • Dünən, 16:30
    “Neftçi” braziliyalı futbolçu ilə gücləndi
  • Dünən, 16:02
    "Qarabağ"ın daha bir rəqibi açıqlandı
  • Dünən, 15:50
    Şara “Bullet" Maqomedov: “Xəzərin piratı” Bakıdadı
  • Dünən, 15:13
    O da viza ala bilmədi - DÇ-nin problemi
  • Dünən, 14:44
    ''Alınmayanda alınmır'' - Montella fiaskodan sona nələr dedi?
  • Dünən, 14:25
    “Azərbaycanlı ilə meksikalı üz-üzə gələndə, həmişə möhtəşəm döyüş alınır” - Fiziyev Bakıya qayıtdı
  • Dünən, 13:55
    “Əliyar Ağayevi DÇ-2022-də görmək istəyirdilər” - Xaqani Məmmədovdan maraqlı açıqlamalar
  • Dünən, 13:24
    Azarkeşləri atəşə tutdular - DÇ-nin qorxusu
  • Dünən, 12:51
    "Şamaxı"nın sabiq futbolçusu "Sabah"da
  • Dünən, 12:20
    Ulduz futbolçu nə vaxta qədər gözləyəcək?
  • Dünən, 11:49
    “Futbol kondisionerli ofislərdə oturan idarəçilərin əsirinə çevrilir” – DÇ-nin iradı
  • Dünən, 11:12
    Milli futbolçu məhkəmədə cavab verəcək
  • Dünən, 10:46
    Türkiyə nağılı başlamadan bitdi - 60 zərbə, 0 qol!
  • Dünən, 10:31
    "Qarabağ"da ayrılıq və yeni transferlər - Qurban Qurbanovun arzusu çin olacaqmı?
  • Dünən, 10:15
    Çempionun Avstriya toplanışı davam edir
  • Dünən, 10:07
    "Qarabağ" ilk yoxlama oyununda "Zirə" ilə üz-üzə
  • Dünən, 09:54
    Braziliyanın Haitiyə vurduğu qollar - VİDEO
  • Dünən, 09:30
    "Çalışacağıq ki, pley-offa vəsiqə qazanaq" - Emin Kürdov
  • Dünən, 09:08
    "Ay-ulduzlular" evə üzüqara qayıdır… - DÇ səhəri
Daha çox
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 253
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 247
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 228
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə