Bu gün 1-ci divizionda 14-cü turun oyunlarına start verilib.
Football-plus.az xəbər verir ki, gün ərzində 4 görüş keçirilməlidi. Bunlardan 3-2 saat 14.00-da, 1-i isə 15.00-da başlayacaq. "Şamaxı-2" - "Sumqayıt-2", "Mingəçevir- "Qaradağ Lökbatan" oyunları vaxtında başlayıb.
"Turan Tovuz-2" - "Qarabağ-2" matçı isə 13 dəqiqə gec start götürüb. Buna səbəb təcili tibbi yardım maşınının Tovuz şəhər stadionuna gec gəlməsi olub.
Nəzərinizə çatdıraq ki, İntizam Komitəsi belə məsələlərə görə klubları cəzalandırır. Qurumun növbəti iclasında "Turan Tovuz-2" də cərimələnəcək.
İLKİN SULTANLI