• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Kəpəz” rəhbərliyi manqalı aşırdı...

Premyer-liqa / Manşet

8-02-2023, 18:0

Şənbə günü Gəncədəydim.

Maraqlı keçən “Kəpəz” – “Qarabağ” matçını izlədim. Bu mövsüm şəhərə 3-cü səfərim idi. Dəfələrlə stadiondakı problemləri, komandadaxili məsələləri işıqlandırmışam. Bu dəfə istədim ki, oyundan sonra futbolçulardan açıqlamalar, müsahibələr alım. Çünki mənim “Futbol+” qəzeti rəhbərliyi qarşısında öhdəliyim var. Uzatmağa gərək yoxdu. İşimi görməliyəm. Hər dəfə oyunlardan sonra hörmət əlaməti kimi klubların mətbuat katiblərinə hansısa futbolçudan açıqlama/müsahibə alacağım haqda məlumat verirəm. Bu dəfə “sarı-göylər”in sözçüsü Azad Mustafayevə yaxınlaşdım. Mətbuat katibi ilə aramızda olan dialoqu olduğu kimi təqdim edirəm:

- Azad müəllim, futbolçularla oyun haqda danışmaqda problem yoxdu ki?
- Yox, olmaz!

- Niyə?
- Başqa jurnalistlər inciyirlər ki, niyə ancaq onlara danışmağa icazə verirsən. Oyunçuların açıqlama və müsahibələri rəsmi “feysbuk” səhifəmizdə veriləcək. Hamı kimi, sən də götürə bilərsən.

- Başqalarından fərqli mən Gəncəyə gəlmişəm. Kimsə evindən rahat işləmək istəyirsə, bundan mənə nə? Mənim də müdirim deyir ki, Gəncəyə getdin, nə iş gördün? Nə cavab verəcəm?
- İndi müsahibəyə icazə yoxdu. Başqa mövzulara toxunulur.

- Mən oyun və matçətrafı məsələlər haqda danışacam.
- Olmaz.

Mövzunu çox uzatmadım. Bilirəm ki, bu məsələ həmkarımızdan asılı deyil. Ya Tərlan Əhmədov, ya da klub rəhbərliyi ona belə tapşırıq verib. Bu səbəbdən də mətbuat konfransına yollandım. Tərlan Əhmədov fikirlərini səsləndirəndən sonra ona belə sual ünvanladım:

- Tərlan müəllim, siz işləməyəndə də, indi də mediaya açıq olmusuz. Başa düşdük ki, “Qarabağ”la oyun vacib idi. Matçdan öncə futbolçuların danışmamasını başa düşdüm. İndi niyə icazə yoxdu? Bu sizin qərarınızdı? Rauf Əliyev, Əfran İsmayılov və Elvin Yunuszadə sizə dərs oldu deyə özünüzü “siğortalayırsız” ki, bir də belə hallar yaşanmasın?

Həmkarımız Azad Mustafayev dərhal dinləndi: “Bizdə belə hallar heç vaxt olmayıb. Həmişə mediaya açıq olmuşuq. İndi icazə yoxdu”.

Tərlan Əhmədovla da konfransda qısa dialoqomuz oldu:

- T.Ə.: Bu məsələrlə mətbuat katibimiz, media rəhbərimiz Azad müəllim məşğul olur. Onun yanında suallarınızı verə bilərsiz. İstədiyinizi yaza bilərsiz. Amma futbolçulardan açıqlama almaq icazəlidi.

- İ.S.: Tərlan müəllim, hələ media ilə bağlı belə qərar qəbul olunmayıb. Mənim söz, ifadə və müsahibə almaq azadlığım var. Jurnalist icazə ilə nəsə etməlidi?
- T.Ə.: Təbii ki, siz azadsız. Bizimlə bağlı hər dəfə yazılar yazılıb. İndi futbolçulardan müsahibə götürmək və açıqlama almaq ancaq Azad müəllimin iştirakı ilə ola bilər.

Hər iki şəxslə də söhbətim aşağı-yuxarı eyni oldu. Gəncəyə gedən həmkarlarım da olanları təsdiqləyə bilər. Hətta rekord.az saytının redaktoru Anar Xanlarov Tərlan Əhmədova sual verəndə mənimlə razılaşdığını və “Kəpəz”in mediaya qapalı klub olduğunu bildirdi. “Fanat.az”ın rəhbəri Əli Sahib isə konfrans bitən kimi mətbuat katiblərinin oyundan sonra “miks-zona” təşkil etməli olduğunu vurğuladı. Azad müəllim də dedi ki, bunun üçün şəraitimiz yoxdu.

Bazar günü PFL-in mətbuat katibi Sənan Abdullayevlə bu barədə söhbətimiz oldu. O, klubların mətbuat katiblərinin “miks-zona” təşkil etməli olduqlarını dilə gətirdi:

“Belə məhdudiyyətlər koronavirus pandemiyası vaxtı var idi. İndi “miks-zona” təşkil etmək mətbuat katiblərinin vəzifə borcudu. Hər halda, stadionun kənarında balaca bir yerdə müsahibə və ya açıqlama almaqda heç bir problem olmaz”.


Bir sözlə, Rauf Əliyev, Əfran İsmayılov və Elvin Yunuszadənin əlində qalan klub problemləri futbolçulara açıqlama və ya müsahibə verməyə qadağa qoymaqla həll etməyə çalışır. Böyük ehtimalla “Kəpəz”in İdarə Heyətinin rəhbəri İlqar Nadiri bu qərarı verib. Çünki onun haqda şəxsən mən “Kəpəz”in problemlərinin səbəbkarı İlqar Nadiridi” başlıqlı yazı yazmışdım. Orda “futbolçularla müqavilə bağlayan zaman klubdaxili məsələləri mediaya açıqlamaq olmaz” bəndinin salınmasının vacibliyini qeyd etmişdim. Hər şeyi kəllə-mayallaq olan Gəncə klubunun rəhbərliyi bu təklifi də səhv anlayaraq futbolçuların danışmasına qadağa qoyub. Nə deyirik. Gəncədə media azadlığımız əlimizdən alındı. Mənə, sadəcə, bəhanələr gülməli gəldi. “Başqaları inciyər” nə demək idi? Azad müəllim qısa-konkret deyə bilərdi ki, rəhbərlik və ya baş məşqçi icazə vermir. Onda nə şiş yanardı, nə də kabab. Belə etməklə, ümumiyyətlə, manqalı aşırdılar.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

9-08-2022, 16:0

“Kəpəz” bu problemi də yoluna qoya bilmir – AÇIQLAMA

Premyer-liqa / Manşet

15-09-2022, 22:0

“Turan Tovuz”la “Kəpəz”in saytı nə vaxt fəaliyyətə başlayacaq? – AÇIQLAMA

Premyer-liqa / Manşet

27-09-2022, 14:0

“Kəpəz” rəhbərliyi Tərlan Əhmədov – Mehman Allahverdiyev qalmaqalına reaksiya verdi - AÇIQLAMA

Ölkə futbolu

31-05-2022, 13:0

Yaşar Vahabzadə onu “Kəpəz”ə gətirməkdə tərəddüd edir

Aktual
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
“Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
Son xəbərlər
  • Bu gün, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Bu gün, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 23:50
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 22:54
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • Dünən, 22:13
    London klubunda yeni oyunçu
  • Dünən, 21:44
    Birmingemdən Londona yollandı
  • Dünən, 21:12
    Qattuzonun yerini o tutacaq
  • Dünən, 20:41
    Milli komandanı tərk edəcək
  • Dünən, 20:00
    “Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
  • Dünən, 19:41
    Millimiz ilk qrup qələbəsini qazandı - AÇ
  • Dünən, 19:01
    “Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
  • Dünən, 18:40
    ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
  • Dünən, 18:19
    Nunyeslə Salahın yolu bu dəfə İstanbulda kəsişə bilər
  • Dünən, 17:58
    Milandan Turinə yollana bilər
  • Dünən, 16:31
    "Neftçi" Yunanıstan klubuna qarşı - ÇL
  • Dünən, 16:01
    Romadan Milana üz tuta bilər
  • Dünən, 15:30
    Salahın bir ayağı artıq ''Beşiktaş''dadı!
  • Dünən, 14:51
    ÇSKA “Qarabağ”la oyun üçün biletləri satışa çıxardı – bizim azarkeşlər üçün sərbəst satış olmayacaq!
  • Dünən, 14:20
    ''Qalatasaray'' A seriyasının debütantına uduzdu
  • Dünən, 13:59
    Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
  • Dünən, 13:28
    Urfan Abbasov "Kəpəz"də
  • Dünən, 12:57
    Bakıdakı oyun avrokuboklarda TOP-5-də
  • Dünən, 12:30
    "Qəbələ" "Şəfa" ilə üz-üzə gəlir
  • Dünən, 11:59
    "Qarabağ"ı Sofiyada dəstəkləmək istəyənlər üçün biletlər satışda
  • Dünən, 11:28
    Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
  • Dünən, 11:21
    Bakıda Avropa Cüdo Ümidləri turnirinə start verildi
  • Dünən, 10:58
    “Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
  • Dünən, 10:31
    “1–2 il ərzində idmançılarımızdan daha böyük uğurlar gözləmək mümkündü“ - Natiq Bağırov
  • Dünən, 10:25
    “Belə tədbirlərin keçirilməsi çox vacibdi“ - Rüstəm Orucov
  • Dünən, 10:00
    Mançesterdən Madridə yollandı
  • 24-07-2026, 23:0
    Salahın başıbəlalı transferi ''Beşiktaş''da qalmaqala və istefaya səbəb oldu!
  • 24-07-2026, 23:0
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • 24-07-2026, 23:0
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • 24-07-2026, 22:0
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • 24-07-2026, 22:0
    İngiltərədə klubunu dəyişdi
Daha çox
Oxunub: 207
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 165
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 141
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 122
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 97
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 89
Xalqın yanına getmək niyə çətindi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə