Şahin Diniyevin köməkçiləri bəlli oldu

2.01.2023 21:25 429
Premyer-liqa / Manşet
Bu gün “Səbail”in baş məşqçisi Şahin Diniyevin komanda ilə iclası baş tutub.

Baş məşqçi oyunçularla tanış olub və məşqçilər korpusunun yeni üzvlərini təqdim edib:

Azər Məmmədov - baş məşqçinin köməkçisi
Kərim Diniyev - baş məşqçinin köməkçisi
Elmir Xankişiyev - fiziki hazırlıq üzrə məşqçi
Fuad Əsədov - qapıçılar üzrə məşqçi

Qeyd edək ki, “dənizçilər” sabah qış təlim-məşq toplanışı çərçivəsində Antalyaya yola düşəcəklər.