• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Rəşad Sadıqov: "Artıq şərh etmək üçün adam söz tapmağa çətinlik çəkir"

Premyer-liqa / Manşet

5-02-2023, 18:0

Misli premyer-liqasında 21-ci turun oyunları keçirilir.

"Zirə" "Qəbələ"ni qəbul edib - 2:2. Matçdan sonra meydan sahiblərinin çalışdırıcısı Rəşad Sadıqovun mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:

"Yaxşı oyunlarımızdan birini keçirdik. Artıq şərh etmək üçün adam söz tapmağa çətinlik çəkir. Növbəti asan qolumuzu buraxdıq. Buna baxmayaraq futbolçular yaxşı reaksiya verdilər və böyük istəklə irəli atıldıq. Oyunun gedişatını dəyişdik, qol vurduq, penalti qazandıq, qol epizodlarımız oldu. Hücumlarımız ikinci yarıda da davam etdi. Sonlara yaxın "Qəbələ" bir anlıq müdafiədə buraxdığımız səhvdən istifadə etdi. Hesabı bərabərləşdirdilər. Dirəkdən dönən topumuz da oldu. Qələbə qazanmaq istəyirdik. Amma bərabərə bitdi oyun. Komandamın oyunundan çox razıyam, inkişaf göz qabağındadı. Son üç turdu ki, qış toplanışında komandadan nə tələb edirdiksə, nələr üzərində işləyirdiksə, onları görürəm. Bu isə məni sevindirir. Yeganə çatışmazlıq qol epizodlardan istifadə etməkdi. Bir də buraxdığımız kobud səhvlərin qarşısını almalıyıq. Ondan sonra nəticələr daha sabit və daha yaxşı olacaq".


- Mətbuat konfransına gec gəlməyiniz komandaya iradınızı bildirməyinizlə əlaqədar idi?
- Xeyr, "CBC Sport"a matçla bağlı danışırdım. Futbolçularıma isə irad bildirmədim, bu cür oyuna görə təbrik etdim. Belə oyuna görə irad bildirmək ədalətsizlik olardı. Mənə görə ilk növbədə komandanın oyunudur. Bəli, bəzi matçlarda, bəzi məqamlarda, görürsən ki, oyun getmir və üstünlüyü nəticəyə verirsən. Amma komandam bu cür futbol nümayiş etdiribsə, buna ancaq sevinə bilərəm.

- Qış fasiləsindən sonra ən yaxşı oyununu oynayan "Zirə" daha hansı komponentləri gücləndirə bilər? "Zirə"də ikinci Keyta var?
- Hər komandada yaxşı futbolçuların sayı çox olur. Amma 1-2 futbolçu daha çox fərqlənir. Bu gün Keyta yaxşı oyunlarından birini keçirdi. Komponentlərə gəldikdə, bəzən çox tərifləmək istəmirsən, çünki futbolçulara zərəri ola bilər. Özümüzə də, həmçinin. Son fazalardakı ötürmələrdə və zərbələrdə artırmalıyıq. Həm "Neftçi", həm "Qəbələ" görüşlərində qalib gələrək daha iddialı duruma gələ bilərdik. Oyun planında hər iki rəqibdən daha yaxşı oynadıq, amma bunu nəticəyə çevirə bilmədik. Əsas problem son fazalardadı. Vurulan qolda da, sanki top qapıya girmək istəmir. Belə epizodlarımız çoxdu. Penaltini də qaçırdıq. Yolumuza davam edəcəyik. Buna hazıram. "Zirə"dəki məşqçiliyim zamanı qırılma hadisələri çox olur. Oyunlarda daha çox qalib gəlib, daha çox qol vura bilərik. Amma baxırsan ki, çox asan qol buraxırıq, min əziyyətlə qol vururuq. Belə olan halda, səbr etmək lazımdı. Yadımdadı, "Qarabağ"da ilk illərdə belə hadisələr çox olurdu. Əsas rəqiblərimizdən daha yaxşı oynayırdıq, amma qələbə qazana bilmirdik. Bunu da, özüm üçün həmişə xatırlayıram. Ümumiyyətlə, Qurban Qurbanovun məşqçiliyi mənim üçün kitabdı. Çətin məqamlar olduqda, səhifələyirəm, baxıram. O məqamlarda daim çalışıram ki, nümunə götürüm. Bəlkə də, məşqçi karyeram da Qurban Qurbanovun karyerasına bənzəyəcək. Elə olurdu ki, ÇL-in qrupuna düşməliydik, düşə bilmirdik, Avroliqanın qrupuna düşməliydik, düşə bilmirdik. Oyunu hamıdan yaxşı oynayıb, uda bilmirdik. Çempionatda da çempion olmalıydıq, ikinci olurduq. Son 2-3 tur onu göstərir ki, komanda düzgün yoldadı. Sadəcə oyun fəlsəfəmizi, üslubumuzu inkişaf etdirmək, möhkəmləndirmək lazımdı. Yeni oyunçular da komandaya qoşulduqdan sonra daha da yaxşı olacaq.

- "Neftçi" ilə oyunda Donald Geryenin epizodu ilə bağlı danışarkən, demişdiz ki, başa düşmədim, yəqin izahatı veriləcək. Bu oyunda necə, elə epizod oldu?
- Bu oyunda elə epizod olmadı. İkinci hissədə Fares Abu Akelin epizodunda ikinci sarı vərəqə ola bilərdi, ola bilməzdi, sual idi. Hakimlər yaxşı idarə etdilər oyunu. Ötən matçla bağlı isə, biz haqlı çıxdıq ki, VAR çağırmamalıydı. Özümüzə də sual açıq qalmışdı. Futboldur da, hakimlər də səhv edəcək, VAR da həmçinin. Biz də səhv edirik, futbolçular da həmçinin. İstəyərdik ki, həlledici məqamdakı səhvlər daha az olsun.

- Hacıağa Hacılını 46-cı dəqiqədə niyə əvəzlədiniz? Narazılığınız var idi?
- Hacıağa elə futbolçudu ki... Özünü də, xəbərdar edirəm ki, bir sarı vərəqə aldıqdan sonra səni dəyişəcəm, saxlamayacam meydanda. İlk hissənin əvvəlində Hacıağa sarı vərəqə alırsa, bu, təhlükədi. Hamımız onun xasiyyətini, mübarizliyini, aqressivliyini bilirik. Amma əslində, dəyişikliyi ona görə etmədik. İlk yarıda üstünlük bizim tərəfdə idi. Oyunumuz da alınırdı. Bir müdafiəyəmeyilli yarımmüdafiəçini hücumameyilli oyunçu ilə dəyişib, üstünlüyümüzü artırmaq istədim. Elə də oldu. Hücumlarımız daha sürətli alınmağa başladı. Fərqləndik də. Təəssüf ki, qələbə ilə başa çatmadı. Futbolçularımın əziyyətinə heyfslənirəm. "Qəbələ" də yaxşı mübarizə apardı. Elmar Baxşıyev mübariz, yaxşı komanda formalaşdırıb.

- Təmkin Xəlilzadənin komandadan göndərilməsi nə ilə bağlı idi? Eşitdiyimizə görə, futboldankənar bəzi hərəkətləri var idi...
- Futboldankənar deyildi. Futbolla bağlı məsələ idi. Həmin məsələ də oldu-keçdi. Ona gələcək karyerasında uğurlar arzulayıram. Normal şəkildə yollarımızı ayırmışıq. Düşündüm ki, onun üçün də, bizim üçün də, belə faydalı olar.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

28-11-2022, 21:0

"Qazanılan hər bir xal çox dəyərlidi" - Rəşad Sadıqov

Premyer-liqa / Manşet

25-12-2022, 17:0

Rəşad Sadıqov: "Belə xarakter göstərməyimiz mənim üçün qələbəyə bərabərdi"

Premyer-liqa

11-09-2022, 21:0

"Bura qədər çox xallar itirmişdik" - Vüqar Əsgərli

Yığma / Manşet

20-11-2022, 19:0

"Seçmə oyunlardan əvvəl bizim üçün vacib test oldu"

Premyer-liqa / Manşet

25-01-2023, 19:0

Rəşad Sadıqov: "Özümə uyğun tələblərim, xasiyyətim var"

Premyer-liqa / Manşet

31-01-2023, 18:0

Vüqar Əsgərli: "Planlaşdırdığımızdan daha yaxşı yerdəyik"

Aktual
"Montella getməlidi" - İbrahim Uzunca uğursuzluğun səbəblərini dedi
“Kəpəz” azarkeşləri bu şəhərdən olmayan mütəxəssis istəmir? – “Xəmsə”nin rəhbərindən açıqlama
“Əliyar Ağayevi DÇ-2022-də görmək istəyirdilər” - Xaqani Məmmədovdan maraqlı açıqlamalar
İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
“Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
Son xəbərlər
  • Dünən, 23:59
    "Avrokuboklarda iştirak edəcəyimizi əvvəlcədən bilməliydik" - Rəşad Sadıqov
  • Dünən, 23:30
    DÇ-nin təəssüratı - futbol, şou, yoxsa hər ikisi?
  • Dünən, 23:00
    İsmayıl Kartalın birinci köməkçisi bəlli oldu - Tadiç də gəlir?
  • Dünən, 22:30
    Türkiyənin heyətində xoş sözlərə layiq görülən yeganə futbolçu...
  • Dünən, 22:25
    "Yenə əsas mərhələdə iştirak etmək istəyirik" - Qurban Qurbanov
  • Dünən, 22:10
    "Montella getməlidi" - İbrahim Uzunca uğursuzluğun səbəblərini dedi
  • Dünən, 22:00
    Premyer-liqanın təqvimi açıqlandı
  • Dünən, 21:00
    "Qarabağ" "Zirə"ni məğlub etdi
  • Dünən, 20:30
    "Neftçi" Elvinlə yeni müqavilə imzaladı
  • Dünən, 20:02
    İtaliya klubunu tərk etdi
  • Dünən, 19:31
    Acun Ilıcalı ''Beşiktaş''ın qapıçısına təklif göndərdi
  • Dünən, 19:00
    "Zirə" legioner qapıçı transfer etdi
  • Dünən, 18:32
    Parisi tərk edəcək
  • Dünən, 18:01
    “Kəpəz” azarkeşləri bu şəhərdən olmayan mütəxəssis istəmir? – “Xəmsə”nin rəhbərindən açıqlama
  • Dünən, 17:32
    Dünya çempionu yaşıl meydana qayıdır
  • Dünən, 17:01
    Məşhur futbolçu klubsuz qaldı
  • Dünən, 16:30
    “Neftçi” braziliyalı futbolçu ilə gücləndi
  • Dünən, 16:02
    "Qarabağ"ın daha bir rəqibi açıqlandı
  • Dünən, 15:50
    Şara “Bullet" Maqomedov: “Xəzərin piratı” Bakıdadı
  • Dünən, 15:13
    O da viza ala bilmədi - DÇ-nin problemi
  • Dünən, 14:44
    ''Alınmayanda alınmır'' - Montella fiaskodan sona nələr dedi?
  • Dünən, 14:25
    “Azərbaycanlı ilə meksikalı üz-üzə gələndə, həmişə möhtəşəm döyüş alınır” - Fiziyev Bakıya qayıtdı
  • Dünən, 13:55
    “Əliyar Ağayevi DÇ-2022-də görmək istəyirdilər” - Xaqani Məmmədovdan maraqlı açıqlamalar
  • Dünən, 13:24
    Azarkeşləri atəşə tutdular - DÇ-nin qorxusu
  • Dünən, 12:51
    "Şamaxı"nın sabiq futbolçusu "Sabah"da
  • Dünən, 12:20
    Ulduz futbolçu nə vaxta qədər gözləyəcək?
  • Dünən, 11:49
    “Futbol kondisionerli ofislərdə oturan idarəçilərin əsirinə çevrilir” – DÇ-nin iradı
  • Dünən, 11:12
    Milli futbolçu məhkəmədə cavab verəcək
  • Dünən, 10:46
    Türkiyə nağılı başlamadan bitdi - 60 zərbə, 0 qol!
  • Dünən, 10:31
    "Qarabağ"da ayrılıq və yeni transferlər - Qurban Qurbanovun arzusu çin olacaqmı?
  • Dünən, 10:15
    Çempionun Avstriya toplanışı davam edir
  • Dünən, 10:07
    "Qarabağ" ilk yoxlama oyununda "Zirə" ilə üz-üzə
  • Dünən, 09:54
    Braziliyanın Haitiyə vurduğu qollar - VİDEO
  • Dünən, 09:30
    "Çalışacağıq ki, pley-offa vəsiqə qazanaq" - Emin Kürdov
  • Dünən, 09:08
    "Ay-ulduzlular" evə üzüqara qayıdır… - DÇ səhəri
Daha çox
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 253
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 247
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 228
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə