Tete yenə icarəyə verildi

5.02.2023 15:55 270
Dünya futbolu
“Lester” iki yeni oyunçu ilə güclənib. İngiltərə klubu yarımmüdafiəçi və müdafiəçi transfer edib.

“Şaxtyor”un yarımmüdafiəçisi Tete mövsümün sonuna qədər icarə əsasında “Lester”də çıxış edəcək. Ukrayna klubuna 2019-cu ilin fevralından məxsus olan braziliyalı mövsümün ilk hissəsini eyni qaydada “Liona”da keçirib. 22 yaşlı futbolçu Liqa 1-də meydana çıxdığı 17 oyunda 6 qol vurub və 3 məhsuldar ötürmə verib.