AFFA divizion klubunu təcili tibbi yardım maşınına görə cərimlədi

18.03.2022 14:49 525
I liqa / Manşet
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Qurum 1-ci divizionun 18-ci turu ilə bağlı aşağıdakı qərarları qəbul edib:

“Qəbələ-2” – “Səbail-2” oyununda təcili tibbi yardım maşını oyuna gec gəldiyi üçün meydan sahibi klub 160 manat cərimə olunur (maddə 59.4);

“Qəbələ-2” – “Səbail-2” oyununda qonaq komandanın futbolçusu Zeynəddin Abdurahmanov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1);

“Səbail-2”in futbolçusu Elşad Tağıyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 240 manat cərimə olunur (maddə 36.2);

“Səbail-2”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39);

18-ci turun “Sumqayıt-2” – “Neftçi-2” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39);

“Neftçi-2”nin5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39);

“Zaqatala” – MOİK oyununda qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39).