Şöhrət Zalının nümayəndəsi dünyasını dəyişdi

2.02.2023 20:10 231
İdman
Sabiq kanadalı hokkeyçi Bobbi Hall 85 yaşında həyatla vidalaşıb.

Bu xəbəri yayan MHL-in sabiq oyunçularının assosiasiyası ölümün səbəbini dəqiqləşdirməyib. Hall 1957-72-ci illər aralığında MHL klublarından “Çikaqo”nun şərəfini qoruyub. O, Torontodakı Hokkeyin Şöhrət Zalına daxil edilib. 1961-ci ildə Stenli kubokunu qazanıb, bundan başqa, iki dəfə mövsümün ən dəyərli hokkeyçisi üçün ayrılan mükafata yiyələnib. Hall MHL tarixinin ən yaxşı 100 oyunçu sırasına daxildi. 1974-cü ildə SSRİ yığması ilə keçirilən Superseriyanın da iştirakçısı olub. Hall MHL-də keçirdiyi 1063 oyunda 1170 (610+560) xal toplayıb.