• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Şahin Diniyev: "Futbol meydançada bitməlidi"

Premyer-liqa / Manşet

31-01-2023, 22:0

Misli premyer-liqasında 20-ci turun oyunları keçirilir.

"Səbail" "Kəpəz"i qəbul edib - 1:0. Matçdan sonra meydan sahiblərinin çalışdırıcısı Şahin Diniyevin mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:

"Sürətli, qarşılıqlı hücumlar şəraitində keçən oyun oldu. Hər iki komanda qələbəyə yaxın idi. Kim qalib gəlsəydi, bu, təsadüf olmayacaqdı. Biz şansımızdan istifadə edə bildik. İlk hissədə çox qol vəziyyətlərimiz oldu. İkinci hissədə "Kəpəz"in təzyiqi çoxaldı. Taktiki cəhətdən kompakt şəkildə oynamağa çalışdıq. Rəqibi əks-hücumlarda tutmaq istəyirdik. Buna da nail olduq. Komandanın üzərində böyük psixoloji təzyiq var. Bizə bir qələbə lazım idi. Futbolçularıma təşəkkür edirəm. Komanda oyundan-oyuna artıracaq. Türkiyədə daha çox funksional hazırlığın üzərində işlədik. Bundan sonra taktikanın üzərində çox çalışacağıq. Bu futbolçuların potensialı böyükdür. Mənə sual verirlər ki, niyə legionerlər dəvət etmədiz. Çox çətin dönəmdi. Qışda yaxşı futbolçu tapmaq, onun uyğunlaşması çətindi. Ümid edirəm ki, bu oyunçular mənim etibarımı doğruldacaqlar. Bu gün yaxşı komandaya qalib gələ bildik".


- "Səbail"in ciddi uğurlar qazanacağına inanırsız?
- İnanıram. Bəlkə də yeganə məşqçiyəm ki, hər yerdən istefa verib getmişəm. Görsəm ki, xeyir verə bilmirəm, o zaman gedirəm. Məşqçilik çox çətin işdir. Ciddi uğur dedikdə, bizim iki yolumuz var. Axırıncı yerdən qurtulmaq və kubokda irəli getmək. Bu komandaya, futbolçulara inanıram. İtkilərimiz də var. Ağabala Ramazanovun, Turan Manafovun, Ruslan Hacıyevin olmaması çətinlik yaradı.

- Öz oyun üslubunuzda Rafael Beniteslə uyğunluq görürsüz?
- Onunla bir yerdə adımın çəkilməyi mənim üçün utancdı. Onlar böyük mütəxəssislərdi. Bizim bu gün Qvardiolanın, Mourinyonun nəyisə düz etmədiyini deməyimiz ayıbdı. Mənim öz fəlsəfəm var. Oyunum müdafiədən hücuma keçidlər üzərində qurulub. Hücumları daha çox cinahdan yaratmağa çalışıram. Bu gün də bunlar alınırdı.

- Rahid Əmirquliyevi meydanda görəcəyik?
- 25 futbolçumuz var. Hər biri oynaya bilər. Heç kim deyə bilməzdi ki, bu gün Ədilxan oynayacaq. Matçın gedişindən asılıdı. Rahid də hər zaman hazırdı. Mənə lazımlı futbolçudu. Onun bizimlə olması komanda üçün üstünlükdü. Mütləq oynayacaq.

- "Kəpəz"də çalışmısız bir vaxtlar. İlk qələbəni bu komanda üzərində qazanmaq necə hissdi?
- Məndə heç vaxt prinsip məsələsi olmayıb. Çalışmışam həyatda dürüst olum. "Kəpəz" mənim məşqçilik həyatımda böyük rol oynayır. Bu yaxınlarda ora getmək ehtimalım da oldu. Xeyir verə bilməyəcəyimi düşündüyüm üçün getmədim. Rəqibin kim olması mənim üçün prinsipial xarakter daşımır.

- Kizitonun durumu necədi?
- Menecerimizdən məlumat aldım, durumu normaldı. MRT olunacaq. Yəqin ki, növbəti matçda oynayacaq.

- Öz fəlsəfənizi yeritmək üçün bu heyət kifayət edir?
- Mən gələndə komandada ab-hava da yerində deyildi. İlk işim ab-havası dəyişmək oldu. 14 günlük toplanışda hər şeyi düzəltmək olmur. Çempionluq, ilk üçlük üçün hazır deyilik. Amma son pillədən qurtulmaq və kubokda finala çıxmaq üçün yetərli olan heyətimiz var.

- Komanda müdafiədən çıxmaqda, oyun qurmaqda çətinlik çəkir. Qapıya ilk dəqiq zərbədən qol vurduz. Bəxtinizin gətirdiyini düşünmək olar?
- Futbol səhvlər oyunudu. Qapıya çox zərbəmiz oldu. Futbol bəxt üzərində qurulmayıb. Hər iki komanda çox istəyirdi. Bu oyun heç-heçəlik deyildi. Kimsə qələbə qazanmalı idi. Bugünkü oyunun 50 faizini Şamaxıda oynasaydıq, orada da qələbə qazana bilərdik. Bəli, müdafiədən çıxışda problemimiz var. Bunu oyundan-oyuna düzəldəcəyik. Bu qələbədən sonra komanda daha rahat oynaya biləcək.

- Azarkeşlər arasında insident baş verib. Bu hadisə barədə nə deyə bilərsiz?
- Bəli, xəbərim oldu. Amma stadionun içində olmayıb. Biz demokratik Azərbaycanda yaşayırıq. Dərəbəylik deyil. Belə şeylər olmamalıdı. Futbol meydançada bitməlidi.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

18-09-2022, 21:0

"İstədiyim futbolu komandadan ala bilmirəm" - Tərlan Əhmədov

Premyer-liqa

11-09-2022, 21:0

"Bura qədər çox xallar itirmişdik" - Vüqar Əsgərli

Premyer-liqa

9-09-2022, 20:0

"Kəpəz”də olan dəyişikliklərdən sonra sürprizlə qarşılaşa bilərdik" - Ayxan Abbasov

Premyer-liqa / Manşet

31-01-2023, 18:0

Qurban Qurbanov: "Gent"lə oyuna tam hazır deyilik"

Premyer-liqa

16-01-2023, 20:0

Şahin Diniyev: "İndi oyunçu tapmaq çətindi"

Premyer-liqa

11-09-2022, 23:0

"Oyuna yenidən baxmaq lazımdı" - Murad Musayev

Aktual
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
Son xəbərlər
  • Dünən, 23:58
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • Dünən, 23:26
    A seriyasında istefa
  • Dünən, 22:56
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 22:35
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • Dünən, 22:14
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 21:43
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • Dünən, 21:12
    Yunanıstan karyerası 7 ay çəkdi
  • Dünən, 20:41
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • Dünən, 20:10
    Madridi tərk edəcək
  • Dünən, 19:40
    Romadan Berqamoya üz tutacaq
  • Dünən, 19:09
    İspaniya klubunda istefa
  • Dünən, 18:31
    UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar
  • Dünən, 18:00
    Milli komandada yeni müqavilə
  • Dünən, 17:30
    AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
  • Dünən, 16:44
    Premyer-liqada hamını arxada qoydu
  • Dünən, 16:03
    "Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
  • Dünən, 15:32
    Bütün həmkarlarını arxada qoydu
  • Dünən, 15:01
    Karyerasını başa vurdu
  • Dünən, 14:30
    “Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
  • Dünən, 13:59
    Milli komandada yeni anlaşma
  • Dünən, 13:28
    U-20 millimizin rəqibi müəyyənləşdi
  • Dünən, 12:57
    İtaliya paytaxtını tərk etmədi
  • Dünən, 12:26
    Millimiz Serbiya ilə üz-üzə - AÇ
  • Dünən, 11:55
    ''Monako'' yenə məşqçisinə görə cərimə ödəməli olacaq
  • Dünən, 11:34
    Azərbaycan – Macarıstan matçının hakimləri
  • Dünən, 11:13
    Koxalski ilə Zubir ÇL-nin ən yaxşıları arasında
  • Dünən, 10:52
    “Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
  • Dünən, 10:31
    Levandovski İstanbul nəhənginə gəlir? - Həyat yoldaşı da təsdiqlədi
  • Dünən, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
  • 2-06-2026, 23:0
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • 2-06-2026, 23:0
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • 2-06-2026, 22:0
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • 2-06-2026, 22:0
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • 2-06-2026, 21:0
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • 2-06-2026, 21:0
    Burak Yılmaz Fransaya yollanır?
Daha çox
Oxunub: 407
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 209
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 200
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 188
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 168
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə