• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Mənim də Avropada oynamaq arzum var, amma...”

İdman

31-01-2023, 20:0

“Fənərbaxça”da ildən-ilə oyununu inkişaf etdirən və bu mövsüm komandanın ən sabit futbolçularından olan Fərdi Kadıoğlu srağagünkü məşqin ardından türkiyəli həmkarlarımıza açıqlamalar verib.

Qeyd edək ki, İstanbul nəhəngi bir çox mövqedə oynamağı bacaran bu universal futbolçunu 2018-in yayında cəmi 1,4 milyon avroya “Neymegen”dən transfer edib. Tək oyununu yox, fiziki göstəricilərini də inkişaf etdirən 23 yaşlı futbolçu Türkiyəyə gələrkən 64 kiloqram idisə, hazırda 75 kiloqramdı. Onu “Ayaks”, “Sevilya”, “İnter”, “Napoli” və Dortmund “Borussiya”sının skautları diqqətlə izləyir. “Fənər” ötən ilin yayından bəri Türkiyə yığmasına da müntəzəm dəvət almağa başlayan bu futbolçunu 25 milyon avrodan aşağı qiymətə satmaq niyyətində deyil. Fərdi bu il həm də sevgilisi, niderlandlı qaydasız döyüşcü Dik Vreyin qızı Sera Vrey ilə ailə həyatı qurmağı planlaşdırır. Kadıoğlunu dinləyək:

“Fənərbaxça”ya gəldiyim ilk mövsümdə, demək olar, meydana çıxmaq şansım olmadı. Nə qədər çətin olsa da, həvəsdən düşməməyə çalışdım və üzərimdə işləməkdə davam etdim. Oynadıqca fiziki və psixoloji cəhətdən güclənməyə başladığımı hiss etdim. Bu baxımdan son 3 mövsüm mənim üçün uğurlu keçib. Komandada çox sayda təcrübəli oyunçu var. Hər kəs mövsümün bu anında məsələnin ciddiliyini anlayır və bir-birini dəstəkləməyə çalışır. Düzdü, mən bəzi oyunçulardan daha uzun müddət bu komandadayam. Amma elələri var ki, bura gəlməmişdən öncə bir çox titul qazanıb. Əslində sevdiyim mövqe “10 nömrə”di. Amma cinahlarda da özümü çox rahat hiss edirəm. Harda oynamağımdan asılı olmayaraq, yaxşı performans sərgilədiyimi düşünürəm. Özəlliklərimi meydanda göstərməyə çalışıram. Baş məşqçi harda göstəriş versə, orda da oynamağa hazıram. Ötən mövsümün ikinci dövrəsindən etibarən yüksəlişdəyik. Jerju Jezuşun gəlişindən sonra da bu qrafiki davam etdiririk. Jezuşun sayəsində taktiki cəhətdən bir qədər də inkişaf etmişik. Onun həm komandaya, həm də ayrı-ayrı oyunçulara böyük faydası dəyir. Təbii ki, mənim də Avropada oynamaq arzum var. Amma indi çempionluq mübarizəsi apardığımız bir məqamda bu haqda danışmaq istəmirəm. Bütün diqqətimi “Fənərbaxça”ya yönəltmişəm”.


Maraqlıdı ki, jurnalistlərin önünə tərcüməçi ilə çıxan Fərdi hələ də açıqlamaları ingilis dilində verir. Bu futbolçu hər nə qədər Niderlandda böyüsə də və 2018-ə qədər bu ölkə də yaşasa da, artıq 4 ildən çoxdu Türkiyədə top qovur. Üstəlik yığmada da oynayır. Həm onun, həm də komanda yoldaşı, Danimarkada böyüyən Əmrə Morun açıqlamaları ingilis dilində verməsini futbolsevərlər birmənalı qarşılamır. Müqayisə üçün bildirək ki, uzun illərdi Türkiyədə top qovan bosniyalı Edin Visça ilə belçikalı qapıçı Ruud Boffin açıqlamaları türk dilində verir!

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

29-01-2023, 18:0

''Barsa''ya lazım olmayan türkiyəli futbolçu ''Fənərbaxça''ya keçir

Dünya futbolu

26-05-2022, 17:0

''Fənərbaxça'' Arda üçün nə qədər pul istəyir?

Dünya futbolu

3-09-2022, 10:0

Batşuayi rəsmən "Fənər"də

Dünya futbolu

16-07-2022, 17:0

“Fənərbaxça”nın iştirak ərizəsinə kimlərin adı düşmədi?

Aktual
“Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
“Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
“Şahdağ Qusar”dan başqa hansısa kluba maliyyə ayırmaq niyyətində deyilik” – “Səbail”in başı dərddə
Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
“Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
Son xəbərlər
  • Bu gün, 09:43
    İngiltərədən mundiala uğurlu start - VİDEO
  • Bu gün, 09:36
    "Neftçi" Orlean mərhələsində çempion oldu - Dünya Qadın Seriyası
  • Bu gün, 09:23
    "Qarabağ"ın rəqibi qələbə qazandı
  • Bu gün, 08:00
    Qana və Kolumbiya qalib gəldi - DÇ səhəri
  • Bu gün, 07:11
    Miller ilk matçda şans qazanmadı
  • Bu gün, 01:58
    İngiltərə inamlı qələbə ilə başladı - DÇ gecəsi
  • Dünən, 23:32
    "Səbail"in yeni rəhbəri bəlli oldu
  • Dünən, 23:15
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:50
    “Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
  • Dünən, 22:16
    “Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
  • Dünən, 21:55
    Ulduz futbolçunun 5-ci sevinci
  • Dünən, 21:49
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:04
    “Şahdağ Qusar”dan başqa hansısa kluba maliyyə ayırmaq niyyətində deyilik” – “Səbail”in başı dərddə
  • Dünən, 20:43
    ''Udineze'' Zanyolonu ''Qalatasaray''dan daimi transfer etsə də...
  • Dünən, 20:12
    Bruno Lanqa "Qarabağ"da
  • Dünən, 19:41
    “Milan”ı yeni mövsümdə o çalışdıracaq
  • Dünən, 19:10
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:39
    "Şəfa"da növbəti müqavilə
  • Dünən, 18:08
    “Bu, “Qarabağ” üçün çox böyük təhlükədi” – Medinanın gedişi müdafiə xəttində xaos yaradacaq?
  • Dünən, 17:37
    Okan Buruk: ''Mourinyonun ''Real''ı ilə qarşılaşmaq əla olardı''
  • Dünən, 17:06
    Fransaya qayıtmayacaq
  • Dünən, 16:45
    "Zirə"nin də potensial rəqibi müəyyənləşdi
  • Dünən, 16:43
    "Sabah" və "Qarabağ" ilk mərhələdə uduzsa... - rəqiblər bəlli oldu
  • Dünən, 16:24
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bilindi
  • Dünən, 16:01
    Portuqaliyanı tərk etməyi düşünür
  • Dünən, 15:40
    “Neftçi” İspaniya yığması ilə qarşılaşacaq - 1/4 final
  • Dünən, 15:37
    "Qarabağ" Medina ilə vidalaşdı
  • Dünən, 15:23
    "Qarabağ"ın 2-ci mərhələdə mümkün rəqibi bilindi
  • Dünən, 14:57
    Messi DÇ-yə tarixi het-triklə başladı və Klozeni yaxaladı!
  • Dünən, 14:17
    "Sabah"ın potensial rəqibi bəlli oldu
  • Dünən, 13:56
    Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
  • Dünən, 13:45
    Monqolustandakı “Böyük Dəbilqə”də çıxış edəcək heyət - SİYAHI
  • Dünən, 13:08
    Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
  • Dünən, 12:51
    AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
  • Dünən, 12:20
    Parisi tərk edəcək
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 238
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 233
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 227
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə